BAKI, 12 mart — Sputnik. Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi marşrutu boyu qar yağır, yolun Quba və Qusar ərazisindən keçən hissəsində 8 dərəcə şaxta var. Nəqliyyatın hərəkəti təmin olunması istiqamətində yol qardan təmizlənir, enişlərə, həmçinin yoxuşlara duz qum səpilir. Bu barədə Azərbayan Avtomobil Yolları Dövlət Agnetliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.
Bu saata yollardakı ümumi vəziyyət belədir:
Xınalıq istiqamətində yol boyu qar yağır, səhər saatlarından 15 dərəcə şaxta var. Yol boyu hərəkətin təmin olunması məqsədilə yolun hərəkət hissəsindən qar təmizlənir və nəqliyyatın hərəkəti təmin olunur.
Giləzi - Xızı marşrutu boyu əraziyə qar yağır, 5-8 dərəcə şaxta var. Nəqliyyatın hərəkətinin təmin edilməsi istiqamətində müvafiq işlər, qardan təmizləmə, həmçinin tələb olunan yerlərə duz-qum qarışığı səpilmə işləri həyata keçirilir.
Bakı - Qobustan istiqamətlərində güclü küləklə müşayiət olunan qar yağır, Qobustan rayonu ərazisində 10-12 sm qar var, şaxta 4-5 dərəcə təşkil edir. Yolun 90-109 km hissəsində buzlaşma əmələ gəlib. Gecə saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
Qobustan - Şamaxı - Muğanlıda: Qar yağır, İsmayıllı rayonu ərazisində 15-20 sm qar var. Şaxta 2-3 dərəcə təşkil edir. Gecə saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
Muğanlı - Ağsu - Yevlaxda: Qar yağır, Yolun Muğanlı-Ağsu hissəsində 5-6 sm qar var. Gecə saatlarından başlayaraq yol qardan təmizlənmiş, hazırda yolda nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində müvafiq tədbirlər davam etdirilir. Muğanlı ərazisində 2-3 dərəcə şaxta var.
Bakı - Ələt - Hacıqabulda: Yolun Bakı-Ələt hissəsində zəif çisgin var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Hacıqabul – Ucar – Yevlaxda: Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.
Yevlax – Gəncə - Qazax -Gürcüstan Respublikası ilə dövlət sərhədində: Yolun Gəncə-Qazax hissəsində qar yağır, Səhər saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Muğanlı – İsmayıllıda: Qar yağır, qarın qalınlığı 15-20 sm arasında dəyişir. Gecə saatlarından başlayaraq yol qardan təmizlənir, qum-duz səpilir. 3-4 dərəcə şaxta var. Yolda maillik çox olan yerlərdə, körpülərdə və əsasən yolun meşə zolağından keçən hissələrində buzlaşma olduğundan nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində işlər davam etdirilir.
İsmayıllı - Qəbələ - Oğuz - Şəkidə: Marşrut boyu qar yağır, İsmayıllı və Qəbələ rayonları ərazisinə 3-4 dərəcə şaxta, 10-20 sm qar, Oğuz və Şəki rayonları ərazisində 4-5 sm qar var. Gecə saatlarından başlayaraq yol qardan təmizlənir, qum-duz səpilir. Hazırda yolda nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində müvafiq tədbirlər davam etdirilir.
Şəki – Qax – Zaqatala – Gürcüstan Respublikası ilə dövlət sərhədində: Qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Şaxta yoxdur.
Yevlax – Şəkidə (Göybulaq): Şəki rayonu ərazisində qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Gəncə-Daşkəsən-Xoşbulaqda: Daşkəsən rayonu ərazisinə möhkəm qar yağır, yol qardan təmizlənərək qum-duz səpilir. 7-8 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.
Şəmkir - Gədəbəydə: Marşrut boyu əraziyə qar yağır, 3-4 dərəcə şaxta var. Nəqliyyatın hərəkətinin təmin edilməsi istiqamətində müvafiq işlər, qardan təmizləmə, həmçinin tələb olunan yerlərə duz-qum qarışığı səpilmə işləri həyata keçirilir.
Ələt – Astara – İran İslam Respublikası ilə dövlət sərhədində: Sulu qar yağır, nəqliyyat vasitələrinin hərəkəti normaldır.
Masallı – Yardımlıda: Yardımlı rayonu ərazisinə qar yağır, yol qardan təmizlənərək qum-duz səpilir. 2-3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Lənkəran – Lerikdə: Lerik rayonu ərazisinə qar yağır, yol qardan təmizlənərək qum-duz səpilir. 5-6 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.
Hacıqabul – Bəhramtəpə – Horadizdə: Sulu qar yağır, nəqliyyat vasitələrinin hərəkəti normaldır.