BAKI, 12 mart — Sputnik. Azərbaycanı "Eurovision" mahnı müsabiqəsində təmsil edəcək mahnının adı bəlli olub.
Sputnik Azərbaycan xəbər verir ki, 2021-ci ildə mahnı müsabiqəsində təmsilçimiz Samirə Əfəndi "Game of desire" ("Arzulanan oyun") adlı mahnını səsləndirəcək.
Müğənninin ifası və klipinin premyerası martın 15-də olacaq. Hazırda isə ekran işinin tizeri müsabiqənin rəsmi "YouTube" səhifəsində yayımlanıb.
Qeyd edək ki, yarışma 18, 20 və 22 may tarixlərində Rotterdamda baş tutacaq.
Xatırladaq ki, Samirə ötən il baş tutmayan "Eurovision" üçün "Cleopatra" mahnısını hazırlamışdı.