ABŞ dövlət katibi türk diplomatı öldürən erməninin həbsdən buraxılmasından məyus olub

© AP Photo / Matt RourkeТюрьма, фото из архива
Тюрьма, фото из архива - Sputnik Azərbaycan, 1920, 12.03.2021
Abunə olmaq
Biz bir daha cənab Arıkanın ailəsinə və Türkiyə XİN-ində olan həmkarlarımıza başsağlığı veririkBiz bir daha cənab Arıkanın ailəsinə və Türkiyə XİN-ində olan həmkarlarımıza başsağlığı veririk

BAKI, 12 mart — Sputnik. ABŞ Dövlət katibi Entoni Blinken Los Anceles məhkəməsinin Kaliforniyada Türkiyənin baş konsulu Kamal Arıkanı qətlə yetirən erməni Ambik Sasunyanın həbsdən vaxtından əvvəl şərti azadlığa buraxılmasına dair qərarından məyus olub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı məlumatda bildirilir.

Onun sözlərinə görə, diplomata hücum bu yalnız konkret şəxsə qarşı ağır cinayət deyil, həmçinin diplomatiyanın özünə hücumdur.

Dövlət katibi vurğulayıb ki, ABŞ diplomatları qətlə yetirənlərin ən yüksək formada cəzalandırılmasının tərəfdardır və ölkəsi qatillərin vaxtından əvvəl şərti azadlığa buraxılmasının əleyhinədir.

"Biz bir daha cənab Arıkanın ailəsinə və Türkiyə XİN-ində olan həmkarlarımıza başsağlığı veririk", - deyə Blinken qeyd edib.

Qeyd edək ki, Ambik Sasunyan 1982-ci ildə Türkiyənin Los-Ancelesdəki konsulu Kamal Arıkanı qətlə yetirib. O, bu cinayətə görə, 1984-cü ildə ömürlük həbs cəzasına məhkum edilib. 2002-ci ildə Federal Məhkəmə 2009-cu ildə barəsində çıxarılan hökmdən 25 il sonra azadlığa buraxılması ilə bağlı Sasunyanın ərizə vermək hüququnu tanısa da, bu, rədd edilib.

2016-cı ildə Sasunyanın azadlığa buraxılması barədə qərarı Kaliforniya ştatının o vaxtı ki qubernatoru Cerri Braun tərəfindən rədd edilib. O, bu qərarı ABŞ-ın Dövlət katibi Reks Tillerson və Baş prokuror Ceff Seyşindən gələn məktuba istinad edib.

Fevralın 24-ü isə Los Anceles dairəsinin Ali Məhkəməsi qubernator Gavin Nevsomun qərarını ləğv edib.

Xəbər lenti
0