BAKI, 11 mart — Sputnik. Təyyarə ilə Türkiyəyə gələn sərnişinlər martın 15-dən etibarən COVID-19-a nəzarət üzrə kağız deyil, elektron anket doldurmalı olacaqlar. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "RİA Novosti"yə Türkiyə Səhiyyə Nazirliyindən olan rəsmi bildirib.
"Martın 15-dən etibarən Türkiyə DİN-in qərarı ilə ölkəyə giriş üçün kağız anket ləğv olunur, onu elektron formada doldurmaq lazım olacaq. Yenilik yalnız hava yolu ilə ölkəyə gələcək şəxslərə şamil olunacaq", - deyə nazirliyin rəsmisi bildirib.
Qeyd olunur ki, Türkiyəyə gələn sərnişinlər uçuşa 72 saat qalmış bu ölkənin Səhiyyə Nazirliyinin saytında yerləşdirilən anketi doldurmalı və onu elektron qurğuya yükləməlidirlər.