BAKI, 11 mart — Sputnik. ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde təşkilatın Minsk qrupu həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə onlayn görüş keçirib. Sputnik Azərbaycan xəbər verir ki, bunu öz "Twitter" səhifəsində Ann Linde qeyd edib.
Məlumatda qeyd olunur ki, görüş zamanı ATƏT-in fəaliyyətdə olan sədrinin Azərbaycan və Ermənistana gözlənilən səfəri müzakirə edilib.
Useful briefing by Co-Chairs of the @OSCE Minsk Group and my Personal Representative #Kasprzyk ahead of my upcoming visit to #Azerbaijan and #Armenia. #OSCE2021SWE pic.twitter.com/wZyQtG2vbl
— Ann Linde (@AnnLinde) March 10, 2021