Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 11 mart — Sputnik. Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, parlamentin növbəti iclası martın 16-da keçiriləcək və iclasının gündəliyinə 1 məsələ daxil edilib.
Plenar iclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatı dinləniləcək.
Hesabatı Baş nazir Əli Əsədovun təqdim edəcəyi gözlənilir.
Qeyd edək ki, parlamentin bundan öncəki iclası martın 9-da keçirilib.