Metropolitençi şəhid anasının oğul yadigarı dünyaya gəlib

© AP Photo / Fernando AntonioНоворожденный, фото из архива
Новорожденный, фото из архива - Sputnik Azərbaycan, 1920, 11.03.2021
Abunə olmaq
"Gözün aydın şəhid anası, sil nurlu çöhrəndən kədəri-qəmi, sevinc ətirli göz yaşlarını səp körpə Nurlanının qədəmlərinə" - Bəxtiyar Məmmədov

 

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 11 mart — Sputnik. "Vətən müharibəsində övladları şəhidlik zirvəsinə yüksələn metropolitençilərdən biri də 20 ildən artıq metroda çalışan Rahilə Ramazanovadır. Оnun oktyabrın 12-də Hadrut uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan oğlu kapitan Nurlan Mustafayevin övladı dünyaya gəlib".

Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

B.Məmmədov bildirib ki, 2020-ci il sentyabrın 27-də işğal altında olan ərazilərimizin Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilməsi uğrunda başlanan Vətən müharibəsi zamanı Murovdağın, Füzulinin və Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə savaşıb: "Şəhid anası Rahilə xanım Nurlanın  müqəddəs amal uğrunda canını fəda etməsi xəbərini də qürurla qarşılayıb. Ana təki bu Vətənə qurban can olsun, deyib. Şəhidlik zirvəsində məğrur dayanan qalib oğlun son dəfə çıxdığı qapıdan bu gün ilk və son yadigarı evə daxil olub. Özü bu günü görməsə də, ruhu hərdəm oğlunun yanında, qanı damarlarında axır! Şəhidimiz dünyaya göz açan körpəsilə bərabər bütün yurdun balalarının qalib ölkədə firavan yaşaması üçün öz canını fəda etdi".

"Gözün aydın şəhid anası, sil nurlu çöhrəndən kədəri-qəmi, sevinc ətirli göz yaşlarını səp körpə Nurlanının qədəmlərinə", - deyə B.Məmmədov əlavə edib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra Nurlan Mustafayev "Vətən uğrunda", "Azərbaycan Bayrağı" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib. İkinci Fəxri Xiyabanda dəfn olunub.

Xəbər lenti
0