BAKI, 11 mart — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,44 dollar ucuzlaşaraq 67,60 dollar təşkil edib.
"Brent" markalı neftin qiyməti 0,51 dollar artaraq 68,41 dollar, "Light" markalı neftin qiyməti isə 0,52 dollar bahalaşaraq 64,96 dollar olub.
Qeyd edək ki, "Azeri Light" neftinin bir barelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.