CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Özünü binanın damından atan qızların intiharı ilə bağlı cinayət işi açıldı

© pixabay / pixabay / girlДевушка, фото из архива
Девушка, фото из архива - Sputnik Azərbaycan, 1920, 10.03.2021
Abunə olmaq
Hazırda iş üzrə intensiv istintaq hərəkətləri həyata keçirilirHazırda iş üzrə intensiv istintaq hərəkətləri həyata keçirilir

BAKI, 10 mart — Sputnik. Dünən Qaradağ rayonu Lökbatan qəsəbəsində iki məktəbli qızın intiharı ilə bağlı cinayət işi başlanılıb. Baş Prokurorluğun Mətbuat xidmətindən Sputnik Azərbaycan-a cavab olaraq bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Baş Prokurorluğun rəhbərliyi tərəfindən cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.

Hazırda iş üzrə intensiv istintaq hərəkətləri həyata keçirilir.

Qeyd edək ki, iki məktəbli qız - 2005-ci il təvəllüdlü Quliyeva Mətanət Elşən qızı və 2004-cü il təvəllüdlü Səmədova Əfruz Rafiq qızı birgə doqquzmərtəbəli binanın damından özlərini ataraq intihar edib.

Qızların Abşeronda eyni sinifdə oxuduqları və rəfiqə olduqları bildirilir.

Xəbər lenti
0