CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sumqayıtda yük qatarı avtobusla toqquşdu, bələdçinin başı qopdu

© Photo : TRENDСитуация на месте столкновения пассажирского автобуса с поездом в поселке Бина Хазарского района. 1 октября 2018 года
Ситуация на месте столкновения пассажирского автобуса с поездом в поселке Бина Хазарского района. 1 октября 2018 года - Sputnik Azərbaycan, 1920, 10.03.2021
Abunə olmaq
"Azərbaycan Dəmir Yolları" QSC Sumqayıtda baş verən qatar qəzası ilə bağlı məlumat yayıb. Hadisə nəticəsində qatar tərtibatçısı Murtuz Aleksey oğlu Abdullayev dünyasını dəyişib.

BAKI, 10 mart — Sputnik. "Azərbaycan Dəmir Yolları" QSC Sumqayıtda baş verən qatar qəzası ilə bağlı məlumat yayıb. Qurumun mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib ki, bu gün saat 13:20 radələrində 10 çən vaqonu manevr teplovozu ilə Sumqayıt Çay Stansiyasına gətirilərkən qorunmayan dəmir yolu keçidindən keçməyə cəhd göstərən Maarif Valeh oğlu Lazımovun idarə etdiyi mikroavtobusla toqquşub:

"Hadisə nəticəsində qatar tərtibatçısı Murtuz Aleksey oğlu Abdullayev dünyasını dəyişib. Hadisənin baş vermə səbəbi müvafiq orqanlar aidiyyəti üzrə araşdırılacaq və hüquqi qiymət verəcək".

Qeyd edək ki, ilkin yayılan məlumatlara görə, Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin girişindən keçən dəmiryolda yük qatarı ilə avtobus toqquşub. Hadisə nəticəsində orada çalışan bələdçi, 1972-ci il təvəllüdlü Abdullayev Murtuz Aleksandroviç faciəvi şəkildə ölüb. Onun başı bədənindən ayrılıb.

Xəbər lenti
0