SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Mövlud Çavuşoğlu və Sergey Lavrov Dağlıq Qarabağı müzakirə etdilər

© Photo : Press service of the Ministry of Foreign Affairs of the Russian Federation / Mediabanka keçidМинистр иностранных дел РФ Сергей Лавров и министр иностранных дел Турции Мевлют Чавушоглу (справа на первом плане) во время встречи в Сочи
Министр иностранных дел РФ Сергей Лавров и министр иностранных дел Турции Мевлют Чавушоглу (справа на первом плане) во время встречи в Сочи - Sputnik Azərbaycan, 1920, 10.03.2021
Abunə olmaq
Çavuşoğlu qeyd edib ki, o, rusiyalı həmkarı ilə ikitərəfli əlaqələri, habelə Dağlıq Qarabağda, Liviyada və Suriyada yaranmış vəziyyəti müzakirə edib.

BAKI, 10 mart - Sputnik. Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Qətərin paytaxtı Dohada rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Xarici işlər naziri özünün tvitterdəki səhifəsində bildirib.

Mövlud Çavuşoğlu qeyd edib ki, o, rusiyalı həmkarı ilə ikitərəfli əlaqələri, habelə Dağlıq Qarabağda, Liviyada və Suriyada yaranmış vəziyyəti müzakirə edib.

"Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla Türkiyə və Rusiya arasında münasibətləri, Dağlıq Qarabağda, Liviyada və Suriyada son hadisələri müzakirə etdik", - deyə Mövlud Çavuşoğlu tvitterdəki səhifəsində yazıb.

Türkiyə xarici siyasət idarəsinin başçısı bildirib ki, rəsmi Ankara turizm sahəsində pandemiyadan əvvəlki göstəricilərə nail olmağa hədəf seçib.

Xəbər lenti
0