Gürcüstan Baş nazirinin Azərbaycana səfəri gözlənilir

© Sputnik / Murad OrujovВид на Баку с Каспийского моря
Вид на Баку с Каспийского моря - Sputnik Azərbaycan, 1920, 10.03.2021
Abunə olmaq
"Gürcüstan və Azərbaycan arasında gələcəkdə də iqtisadi münasibətlərin yüksələn xətlə inkişafı üçün mövcud imkanlardan istifadə edilməlidir", - səfir.

BAKI, 10 mart — Sputnik. Bu yaxınlarda Gürcüstanın Baş nazirinin Azərbaycana işgüzar səfəri planlaşdırılır.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti (ASK) Məmməd Musayevlə görüşü zamanı deyib.

O, ASK prezidentinə təşkil olunacaq Azərbaycan-Gürcüstan iqtisadi komissiyasının görüşü çərçivəsində biznes-forumun keçirilməsini təklif edib.

Gürcüstanın ölkəmizdəki səfiri bildirib ki, Gürcüstan və Azərbaycan arasında gələcəkdə də iqtisadi münasibətlərin yüksələn xətlə inkişafı üçün mövcud imkanlardan istifadə edilməlidir.

Öz növbəsində, M. Musayev Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli formatında biznes əlaqələrinin davam etdirilməsinin vacibliyini bildirərək, hər üç ölkənin iş adamlarının iştirakı ilə birgə biznes-forum keçirməsini təklif edib.

Səfir bu təklifi razılıqla qarşılayaraq, gələcək əməkdaşlıq perspektivləri ilə bağlı öz təkliflərini irəli sürüb.

Görüşdə Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli biznes forumunun keçirilməsi üçün təşkilatı məsələlərin həlli ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

 

Xəbər lenti
0