BAKI, 10 mart — Sputnik. Gürcüstanın İvane Maçabeli adına Tsxinvali Akademik Dram Teatrı martın 12-də Qurban Səidin "Əli və Nino" tamaşasını onlayn formatda təqdim edəcək.
Sputnik Azərbaycan xəbər verir ki, baxış üçün virtual biletlər satışa çıxarılıb. Afişada bildirilib ki, səhnə əsəri ziddiyyətlər daxilində və mürəkkəb siyasi vəziyyət fonunda Qafqazda sevgi hekayəsindən bəhs edir. Tamaşada müxtəlif ölkələrin folklor və klassik musiqilərindən istifadə olunub. Biletlərin qiyməti 5 lari (2,55 manat) təşkil edir.
Qeyd edək ki, rejissoru Qoça Kapanadze olan səhnə əsərinin premyerası 2018-ci ilin mayın 1-də Tbilisidəki Şota Rustaveli Teatrında olub.