Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

DYP də, ekspertlər də bunun tərəfdarıdır: Dayanma-durmaya görə müddət tətbiq edilsin!

© Sputnik / Zulfiyya GuluyevaDayanma-durmaya qaydaları pozan avtomobillər
Dayanma-durmaya qaydaları pozan avtomobillər - Sputnik Azərbaycan, 1920, 10.03.2021
Abunə olmaq
"Qanunvericilikdə dayanma-durma ilə bağlı müddət öz əksini tapmayıb""Qanunvericilikdə dayanma-durma ilə bağlı müddət öz əksini tapmayıb"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 10 mart — Sputnik. Bakıda sürücülərin ən çox şikayət etdiyi məsələ dayanma-durma qaydaları ilə bağlı cərimələrin yazılmasındandır. Sosial platformada hər gün sürücülərin bu tip şikayətlərinə rast gəlirik. "Avtomobili saxlayıb iki dəqiqə aptekdən dərman aldım cərimə yazdılar" tipli narazılıqların yaranmasına əsas səbəb isə dayanma və durma ilə bağlı müddətin verilməməsidir.

Məsələyə toxunan hüquqşünas, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov da bununla bağlı müəyyən anlaşılmazlıqların olduğunu söyləyib. O, bildirib ki, hazırda dayanma və durma ilə bağlı ən böyük problem durmaya müddətin verilməməsidir.

"Bəzi ərazilərə yerləşdirilən 3.28 nişanı durmanı, 3.27 nişanı isə dayanma və durmanı qadağan edir. Amma bu məsələdə də istisnalar var. Məsələn, əgər avtomobildə nasazlıq yaranarsa və ya qəza baş verərsə, bu halda dayanmaya icazə verilir.", - Ərşad Hüseynov deyib.

© Sputnik / Zulfiyya GuluyevaDayanma-durmaya qaydaları pozan avtomobillər
DYP də, ekspertlər də bunun tərəfdarıdır: Dayanma-durmaya görə müddət tətbiq edilsin! - Sputnik Azərbaycan, 1920, 10.03.2021
Dayanma-durmaya qaydaları pozan avtomobillər

Ekspert bildirir ki, əslində, dünya təcrübəsində durma ilə bağlı vaxt var. Hətta sovet dövründə də Azərbaycanda bu qayda olub. O vaxt 5 dəqiqəyə qədər olduqda dayanma, 5 dəqiqədən çox olduqda isə durma sayılırdı. Ərşad Hüseynovun sözlərinə görə, vaxt məsələsini yalnız 3.28 nişanının olduğu ərazidə tətbiq etmək olar.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dayanma-durmaya nəzarət edən qurumların nümayəndələrinin avtomobilin durma vaxtını nəzərə almasının tərəfdarıdır. Bununla belə ekspert deyir ki, əgər sürücülərə dayanma-durma üçün vaxt verilsə, paytaxtın bəzi ərazilərində acınacaqlı vəziyyət yaranacaq:

"Hazırda sürücülərin dayanma-durma qaydalarına riayət etməsinə nəzarəti iki qurum aparır. Bunlar Dövlət Yol Polisi və Bakı Nəqliyyat Agentliyidir. Bakı Nəqliyyat Agentliyi əvvəllər məlumat vermişdi ki, onlar əksər küçələrdə dayanma-durma qaydalarının pozulması zamanı sürücünü 10 dəqiqə nəzərə alır. Sonra təcrübəyə əsaslanaraq gördük ki, bəzən 15-20 saniyə içərisində də cərimə yazılır. Vətəndaşların ciddi narazılıq etdiyi məsələ budur ki, iki dəqiqə mağazadan su alıb qayıdan kimi cərimə yazılır. Bundan ən çox narazılıq edənlər taksi sürücüləridir. Taksi sürücüləri müştəri düşürdəndə onlara cərimə yazılır. Kameraya nəzarət edənlər bunu nəzərə almalıdırlar. Kameranın dayanma-durma ilə bağlı qayda pozuntusunu çəkmə müddətini bir qədər artırmaq olar. Nəzərə alaq ki, kameraya da nəzarət edənlər aidiyyatı qurumların əməkdaşlarıdır. Amma digər tərəfdən də əgər dayanma-durmaya müddət tətbiq olunsa, çox sürücü avtomobilini harda gəldi saxlayacaq. Mən də razıyam ki, müddət tətbiq olunmalıdır. Amma bu elə yerlərdə problem yaradacaq ki, biz onun əziyyətini çəkəcəyik".

© Sputnik / Zulfiyya GuluyevaDayanma-durmaya qaydaları pozan avtomobillər
DYP də, ekspertlər də bunun tərəfdarıdır: Dayanma-durmaya görə müddət tətbiq edilsin! - Sputnik Azərbaycan, 1920, 10.03.2021
Dayanma-durmaya qaydaları pozan avtomobillər

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qanunvericilikdə dayanma-durma ilə bağlı müddət öz əksini tapmayıb: "Bununla bağlı hələki mexanizm düşünülməyib. Ola bilər ki, bizdə qanunda müəyyən boşluq var. Dayanma-durma qanunla tənzimlənir. Avropada sürücü yerə düşən kimi, maşının salonunda onun yerə düşdüyünü göstərən saatı qurub şitin üzərinə qoyur. Polis də saata baxıb cərimə yazır. Hər sürücü bu saatı öz avtomobilində gəzdirir. Yerə düşəndə avtomobilin salonunda qabaq şüşənin qarşısında qoyur. Polis də həmin saata baxıb bilir ki, sürücünün dayanma vaxtı var, yoxsa yox. Həmin müddət ötübsə, cərimə yazır. Düşünürəm ki, gələcəkdə bu kimi qaydalar bizdə də tətbiq oluna bilər".

© Sputnik / Zulfiyya GuluyevaDayanma-durmaya qaydaları pozan avtomobillər
DYP də, ekspertlər də bunun tərəfdarıdır: Dayanma-durmaya görə müddət tətbiq edilsin! - Sputnik Azərbaycan, 1920, 10.03.2021
Dayanma-durmaya qaydaları pozan avtomobillər

Amma bununla belə V. Əsədov sürücülərin dayanma-durma qaydalarına əməl etməsini vacib sayır. V. Əsədov deyir ki, dayanma-durma Bakı şəhəri üzrə prioritetdir. Çünki, şəhərdə avtomobil sıxlığı var: "Mən tənbeh tədbiri görməkdənsə, insanların yadına salmağın tərəfdarıyam ki, cərimənin yazılıb-yazılmamasından asılı olmayaraq, dayanma-durma qaydalarına əməl etsinlər. Dayanma-durma qaydalarına əməl edilməlidir ki, başqa hərəkət iştirakçılarına problem yaranmasın. Bütün sürücülər bu məqamı nəzərə alıb qaydanı pozmamalıdırlar. Mən anlayıram ki, Bakı şəhərində lazımi qədər parklanma yeri yoxdur. Özüm dəfələrlə görmüşəm ki, avtomobili saxlamağa yer yoxdur, amma biz digər hərəkət iştirakçılarını da nəzərə almalıyıq. Özümüzə rahat olsun deyə, avtomobili harda gəldi saxlayıb, digər hərəkət iştirakçılarını tıxacda qoymaq olmaz".

© Sputnik / Zulfiyya GuluyevaDayanma-durmaya qaydaları pozan avtomobillər
DYP də, ekspertlər də bunun tərəfdarıdır: Dayanma-durmaya görə müddət tətbiq edilsin! - Sputnik Azərbaycan, 1920, 10.03.2021
Dayanma-durmaya qaydaları pozan avtomobillər

Qeyd edək ki, 3.27 nişanının təsiri altında və avtobus dayanacağında avtomobili saxlamaq qəti qadağandır. Avtobus dayanacağında dayandıqda və durduqda cərimə 40 manat, digər qadağan edilmiş ərazidə isə bu qaydanı pozduqda 20 manat cərimə tətbiq edilir.

Xəbər lenti
0