Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

"Cənubi Afrika ştammı"nın xüsusiyyətləri

© AFP 2024 / MARCO LONGARIМедики в Кейптауне (ЮАР)
Медики в Кейптауне (ЮАР) - Sputnik Azərbaycan, 1920, 10.03.2021
Abunə olmaq
"Cənubi Afrika ştammı" SARS-CoV-2 koronavirusunun digər variantlarından fərqli olaraq yanaşı xəstəliyi olmayan gənc insanlar arasında da aktiv surətdə yayılır və çox zaman ciddi ağırlaşmalara səbəb olur.

BAKI, 10 mart - Sputnik. 2020-ci ilin sonunda Cənubi Afrika Respublikasında aşkar edilmiş koronavirusun yeni ştammı insan hüceyrələrinə daha asan nüfuz edir, daha tez yayılır və immun reaksiyasından yayına bilir. 

Sputnik Azərbaycan-ın məlumatına görə, müvafiq araşdırmanın nəticələri Nature jurnalında dərc olunub.

SARS-CoV-2 koronavirusunun "Cənubi Afrika ştammı" kimi adlandırılan 501Y.V2/B.1.351 variantı ilk dəfə 2020-ci ilin dekabrında CAR-da aşkarlanmış və ay ərzində ölkədə dominant mövqe tutmuşdu. 

Вид на зараженную коронавирусом  клетку под микроскопом  - Sputnik Azərbaycan, 1920, 25.01.2021
SƏHİYYƏ
Koronavirusun yeni ştammının şəkli yayıldı
Durbandakı Kvazulu Natal Universitetinin əməkdaşı Tulio de Oliveyranın başçılığı ilə CAR, Braziliya, Böyük Britaniya, Almaniya və ABŞ-dan olan alimlər qrupunun apardığı genom araşdırması nəticəsində məlum oldu ki, 501Y.V2 ştammı Şərqi Kap əyalətində epidemiyanın birinci dalğasından dərhal sonra, 2020-ci ilin avqustunda peyda olub. Müəlliflərin fikrincə, bu ştamm digərlərindən yüksək transmissiya və immun sistemindən yayınma qabiliyyəti ilə seçilir.

Alimlər CAR-ın Genom Nəzarət Şəbəkəsinin (NGS-SA) 2020-ci il martın 5-dən dekabrın 10-dək topladığı SARS-CoV-2-nin 2882 tam genomunu araşdırıblar. Məlum olub ki, CAR-da COVID-19-un oktyabrda başlanan ikinci dalğası 501Y.V2 ştammının aktiv yayılması səbəbindən daha güclü olub.

"Cənubi Afrika ştammı"nın birləşdirici zülalının 8 mutasiyası var. Bu zülal virusun hüceyrəyə nüfuzunu təmin edir. N501Y adlandırılan belə mutasiyalardan biri B.1.1.7 "Britaniya ştammı"nda da var.  

ÜST koronavirus haqda: Vəziyyət ərəbcədir – azalır, amma yayılır>>

"CAR ştammı"nın E484K mutasiyası isə 501Y.V2-nin neytrallaşdırıcı anticisimlərə qarşı dayanıqlılığını artırır, bu isə COVID-19 əleyhinə vaksinin effektivliyinə təsir göstərə bilər. 

Ancaq alimlər bildirirlər ki, bütün mutasiyaların mahiyyəti hələ tam aydın deyil və hələ öyrənilməliidr. 

"Cənubi Afrika ştammı" SARS-CoV-2 koronavirusunun digər variantlarından fərqli olaraq yanaşı xəstəliyi olmayan gənc insanlar arasında da aktiv surətdə yayılır və çox zaman ciddi ağırlaşmalara səbəb olur.

Xəbər lenti
0