BAKI, 10 mart — Sputnik. Bakı şəhəri üzrə (52.5 faiz) koronavirusa ən çox yoluxma halları paytaxtın Binəqədi, Xətai və Yasamal rayonlarında qeydə alınıb. Sputnik Azərbaycan-ın koronavirusinfo.az saytına istinadən məlumatına görə, paytaxt üzrə yoluxanların 15 faizi Binəqədi, 13.1 faizi Xətai, 12.1 faizi isə Yasamal rayonundadır.
Yoluxma faizinə görə, sonrakı yerlərdə 10.8 faizlə Sabunçu, 8.2 faizlə Suraxanı, 8.2 faizlə Nərimanov, 7.8 faizlə Nəsimi, 7 faizlə Nizami, 6.9 faizlə Xəzər, 5.2 faizlə Qaradağ, 5.1 faizlə Səbail, 0.5 faizlə Pirallahı qərarlaşıb.