BAKI, 10 mart — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,34 dollar ucuzlaşaraq 68,04 dollar təşkil edib.
"Brent" markalı neftin bir barelinin qiyməti 0,74 dollar geriləyərək 66,78 dollar, "Light" markalı neftin bir barelinin qiyməti isə 0,59 dollar ucuzlaşaraq 63,42 dollar olub.
Qeyd edək ki, "Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.