BAKI, 9 mart — Sputnik. İraqdan Azərbaycan vətəndaşlarının ölkəmizə repatriasiyası istiqamətində ölkə rəhbərliyinin tapşırığı ilə 2017-ci ildən başlanılmış təxliyə prosesi 2020-ci ildə də davam etdirilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib. Qeyd olunub ki, bu yöndə İraq hökuməti ilə aparılmış davamlı işin nəticəsi olaraq, İraq həbsxanalarında, uşaq evlərində yaşayan ümumilikdə 2018-ci ildən hesabat dövrünün sonunadək 248 nəfər azyaşlı (yalnız 2020-ci ildə isə 194 nəfər azyaşlı) Azərbaycan Respublikasının vətəndaşı olan uşaqlar ölkəmizə repatriasiya edilərək, müvafiq reabilitasiyadan sonra ölkəmizdəki yaxınlarının himayəsinə verilib.
İraqdan 248 uşaq Azərbaycana gətirildi: həbsxanada olanı da var, uşaq evində qalanı da
17:27 09.03.2021 (Yenilənib: 23:45 16.11.2021)
© AP Photo / Hasan SarbakhshianПассажирский самолет авиакомпании "IranAir", фото из архива
© AP Photo / Hasan Sarbakhshian
Abunə olmaq
Uşaqlar ölkəmizə repatriasiya edilərək, müvafiq reabilitasiyadan sonra ölkəmizdəki yaxınlarının himayəsinə veriliblər.