Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Mikayıl Cabbarov: "Aİ şirkətləri iqtisadi fəaliyyət üçün ölkəmizi seçir"

© Sputnik / Murad OrujovМинистр экономики Микаил Джаббаров
Министр экономики Микаил Джаббаров - Sputnik Azərbaycan, 1920, 09.03.2021
Abunə olmaq
Ölkəmizdə təmsil olunan Avropa İttifaqı şirkətlərinin 80 %-dən çoxu iqtisadi fəaliyyət üçün yenidən Azərbaycanı seçmək niyyətini ifadə edib

BAKI, 9 mart — Sputnik. Bu gün "Aİ Biznes Mühiti Hesabatı 2020" sənədinin təqdimatı keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov "Facebook" hesabında yazıb.

O vurğulayıb ki, Azərbaycanda təmsil olunan Avropa İttifaqı şirkətlərinin 80%-dən çoxu iqtisadi fəaliyyət üçün yenidən ölkəmizi seçmək niyyətini ifadə edib: "Ötən il bu göstərici 75% təşkil edirdi. Bu, dövlətimizin artan nüfuzunun daha bir göstəricisidir".

Xəbər lenti
0