Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

ABŞ Rusiyadan intiqam alacaq

© Photo : U.S. Air Force / Joseph EddinsABŞ hərbçiləri Warfield bazasında
ABŞ hərbçiləri Warfield bazasında - Sputnik Azərbaycan, 1920, 09.03.2021
Abunə olmaq
Amerikanın rəsmi şəxsləri ölkənin təhlükəsizliyinə ciddi ziyan vurulmadığını iddia etsələr də, hakimiyyətin məsələyə belə kəskin reaksiyası onların səmimiyyətindən şübhələnməyə əsas verir.

BAKI, 9 mart — Sputnik, İrina Alksnis. "New York Times" qəzeti bütün dünyaya car çəkdi ki, qarşıdakı üç həftə ərzində ABŞ super-məxfi xüsusi əməliyyat həyata keçirəcək. Əməliyyat zamanı Rusiya hakimiyyət dairələrinin kiber sisteminə "gizli cavab zərbələri" endiriləcək. Anonim mənbənin qəzetə verdiyi məlumata görə, planlaşdırılan tədbirlərin nəticəsi Vladimir Putin, eləcə də Rusiya xüsusi xidmət orqanları üçün daha çox hiss edilən olacaq.

Вид на Каир, фото из архива - Sputnik Azərbaycan, 1920, 09.03.2021
ABŞ indi də razılaşmaya görə müsəlman ölkəsini hədələyir

Bu, bir neçə həftə əvvəl Vaşinqtonun bir sıra "görünən və görünməz alətlər"dən istifadə etməyə hazır olduğunu açıqlayan ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanın bəyanatı ilə üst-üstə düşür.

Qeyd edək ki, sözügedən əməliyyat keçən ilin dekabrında "SolarWinds" kompüter təhlükəsizliyi şirkətinin proqram təminatına edilən kiber hücuma cavabdır. Firmanın müştəriləri arasında ABŞ-ın mühüm dövlət qurumları da var və hücumdan zərər çəkənlərin sırasında ölkənin müdafiə, maliyyə, daxili təhlükəsizlik və ticarət nazirlikləri, eləcə də Dövlət Departamentinin adı çəkilirdi.

ABŞ-ın xüsusi xidmət oqranları və səlahiyyətli şəxsləri, eləcə də bir sıra ixtisaslaşmış şirkətlər baş verənlərdə birbaşa Moskvanı günahlandırır. Onlara görə, hücum bilavasitə Rusiya kəşfiyyat strukturları ilə əlaqəli olan hakerlər tərəfindən həyata keçirilib və bu hərəkətlərin məqsədi də casusluq olub. Fevral ayının sonlarında Senatın Kəşfiyyat Komitəsində keçirilən dinləmələrdə "Microsoft"un rəhbəri Bred Smit bildirdi ki, "böyük ehtimalla bu, dünyanın indiyə kimi gördüyü ən böyük və ən mütəşəkkil kiber hücumdur".

Demokratiya öyrədəcəklər: ABŞ müdaxilə üsullarını müəyyənləşdirdi>>

Düzdür, bu sahənin digər nümayəndələrinin Rusiyaya qarşı ittihamları bu qədər birmənalı olmadı. Eyni dinləmədə "CrowdStrike" və "FireEye" – iki əsas kiber təhlükəsizlik şirkətinin nümayəndələri ortada Moskvanın bu kiber hücuma qarışdığına dair heç bir dəlilin olmadığını etiraf etdilər. Onların fikrincə, ən yaxşı halda "hücumun rusların davranışına uyğun gəldiyi" və "haker hücumunda istifadə edilən vasitələrin, adətən, Çin, Şimali Koreya və ya İranın yararlandığı alətlərə bənzədiyini söyləmək olar".

Qərb ortada heç bir dəlil-sübut olmadığı halda, ölkəmizi ən heyrətamiz cinayətlərdə ittiham edərək növbəti sanksiyalar üçün bəhanə tapdı. Ancaq vəziyyətə ABŞ-ın nəzər nöqtəsindən baxsaq, məsələnin daha mürəkkəb xarakter daşıdığını görmək olar. Amerikanın rəsmi şəxsləri ölkənin təhlükəsizliyinə ciddi ziyan vurulmadığını iddia etsələr də, hakimiyyətin məsələyə belə kəskin reaksiyası onların səmimiyyətindən şübhələnməyə əsas verir.

Xatırladaq ki, hakerlərin hərəkətləri səbəbindən Ağ Evdə təcili iclas çağırılmış və Trampın milli təhlükəsizlik müşaviri Robert O'Briyen Avropaya səfərini yarımçıq qoyaraq dərhal Vaşinqtona qayıtmağa məcbur olmuşdu.

İldırım sürəti ilə – iki ayın içində – Senatda təşkil olunan dinləmələr də baş verən hadisənin misli-bərabəri olmadığını təsdiqləyir. Tədbirin Amerika mediasında necə işıqlandırıldığını xüsusilə qeyd etmək lazımdır. Jurnalistlər Senatın "Microsoft" və "SolarWinds"-i "tərlətdiyindən" yazdılar, "Reuters" isə yalnız bircə dəfə dinləmələrdə Rusiyanın adının çəkildiyini xatırladaraq bütün diqqəti iki şirkətin özlərini necə müdafiə etdiklərinə və baş verənlərdə bir-birini günahlandırdıqlarına yönəltdi.

Həqiqətən də, ABŞ-ın kompüter təhlükəsizliyinə vurulan zərbə bütün sistemi şok vəziyyətinə salmışdı və əlbəttə ki, Vaşinqtonun bunun adi cinayətkarlar tərəfindən törədildiyini etiraf etməsi mümkün deyildi.

Алексей Навальный, фото из архива - Sputnik Azərbaycan, 1920, 04.03.2021
TƏHLİL
Qərb yeni sanksiyalarla dəmir pərdə çəkir

Əgər ayrı-ayrı şəxslər qlobal super gücə belə ağrılı zərbə vurmağa qadir deyilsə, deməli bunu mütləq başqa bir dövlət həyata keçirib. Təsadüfi deyil ki, yenə həmin Berd Smitin hücumda ən az min nəfər çox ağıllı mühəndisin iştirak etməsi ilə bağlı səsləndirdiyi fikirlər heç də təsadüf deyildi. Öz iflasını nə ilə isə əsaslandırmalısan axı!

Digər tərəfdən, Rusiya hər cəhətdən bu cür ittihamlar üçün ən əlverişli obyektdir. ABŞ-ın seçdiyi "məxfi" cavab formatı isə onlara Moskvaya qarşı gələcək cavab zərbələrinin istənilən nəticəsini elan etmək üçün geniş imkan verir.

Düzdür, amerikalılar gözlə görünməyən, ancaq super təsirli hərəkətlərə dair yüksək vədlərə elə tez-tez əl atmağa başlayıblar ki, istər-istəməz ortaya belə bir sual çıxır: onların milli kiber təhlükəsizlik sistemi hansı səviyyədədir ki, hakerlər ona belə asanlıqla zərbə vura bilir?

Xəbər lenti
0