BAKI, 9 mart - Sputnik. “Abşeron rayonu, Qobu qəsəbə 2 nömrəli tam orta məktəbin 11-ci sinfinin iki şagirdinin intiharı bizi dərindən kədərləndirir. Ailə və yaxınlarına səbr diləyirik”.
Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev “facebook” hesabında paylaşıb.
Nazir qeyd edib ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır. Qeyd edək ki, bu gün Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində 9 mərtəbəli binanın damına çıxan iki yeniyetmə qız oradan özlərini atıb. Nəticədə onların hər ikisi hadisə yerindəcə ölüb.