CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Spiker: "Hərbçilərin problemlərinin həlli bundan sonra da dövlətin diqqətində olacaq"

© AFP 2024Военнослужающие ВС Азербайджана, фото из архива
Военнослужающие ВС Азербайджана, фото из архива - Sputnik Azərbaycan, 1920, 09.03.2021
Abunə olmaq
Sahibə Qafarova: "Prezidentin də qeyd etdiyi kimi, Qarabağda qələbəni qazanan texniki vasitələr deyil, Azərbaycanın əsgər və zabitləridir. Ölkəmizdə ordu quruculuğu ölkə rəhbrəliyinin daim diqqət mərkəzindədir"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 9 mart — Sputnik. "Bu yaxınlarda hərbi qulluqçuların maaşlarına müddətli əlavələr edilib. Bu qərar zaman tələb edən bir prosesin nəticəsində qəbul olunub. Onların problemlərinin həlli bundan sonra da dövlətimizin diqqətində olacaq". Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

"Prezidentin də qeyd etdiyi kimi, Qarabağda qələbəni qazanan texniki vasitələr deyil, Azərbaycanın əsgər və zabitləridir. Ölkəmizdə ordu quruculuğu ölkə rəhbrəliyinin daim diqqət mərkəzindədir. Şanlı Ordumuzun nailliyyətləri Milli Məclisin iclasında da yüksək qiymətləndirilib" - deyə o əlavə edib.

Xəbər lenti
0