Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi: faktlar və rəqəmlər

Abunə olmaq
Pandemiya ilində Azərbaycanda narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə bağlı daha çox cinayət işi açılsa da, saxlanılanlar arasında məsuliyyətə cəlb olunanların sayı keçən illə müqayisədə aşağı düşüb.

Azərbaycan Daxili İşlər Nazirliyinin cinayət hesabatlarına nəzər salanda ölkədə narkotik vasitələrin ticarətinin ən populyar cinayət növlərindən biri olduğu üzə çıxır. Yalnız 2020-ci ildə ölkə üzrə qeydə alınan bütün cinayətlərin beşdə biri narkotiklərlə bağlı olub ki, onların arasında da narkotiklərin, psixotrop maddələrin və prekursorların qeyri-qanuni ticarəti üstünlük təşkil edib.

Narkotik maddələr ölkə ərazisinə həm tranzit yollarla daxil olur, həm də yerli işbazlar tərəfindən yetişdirilir. Hazırda narkotiklərlə bağlı cinayətlər üzrə saxlanılan şəxslərin sayında azalma müşahidə olunur.

Bir qədər bundan əvvəl millət vəkilləri Cinayət Məcəlləsində narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə bağlı bəzi maddələrin dekriminalizasiyası ilə əlaqədar təklif irəli sürmüşdülər. Onlar məhz narkotik vasitələrin qazanc məqsədi olmadan saxlanılması və istifadəsi ilə bağlı maddələrin dekriminalizasiyasını təklif etmişdilər.

Hazırda narkotiklərlə bağlı cinayətlər üzrə saxlanılanların sayında azalma müşahidə olunur. Bununla belə, 2020-ci ildə hüquq mühafizəçiləri 3758 kiloqram narkotik maddəni, o cümlədən, 2341 kiloqram heroin, 904 kiloqram marixuana, 277 kiloqram həşiş və digər maddələri qeyri-qanuni dövriyyədən çıxarmağa nail olublar.

Narkotik vasitələrin qeyr-qanuni dövriyyəsi ilə bağlı göstəricilər haqqında daha geniş məlumat Sputnik Azərbaycan-ın infoqrafikasında öz əksini tapıb.

Xəbər lenti
0