CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bərdəlilər Hiçkoka rəhmət oxudurlar: qız bakılı sevgilisini niyə odladı? - FOTO

© Sputnik / Emin AlisahibZərərçəkmiş
Zərərçəkmiş - Sputnik Azərbaycan, 1920, 09.03.2021
Abunə olmaq
Bərdə rayonunda dəhşətli hadisə yaşanıb. Qızı ilə oğlanın sevgisindən xəbər tutan ata gənci Bakıdan Bərdəyə çağırıb. Elə olanlar da bundan sonra baş verib. Qız öz sevgilisinin üzərinə spirt tökərək, ona od vurub.

Emin Əlisahib, Sputnik Azərbaycan

BAKI, 9 mart — Sputnik. Bərdə rayonunda 1996-cı il təvəllüdlü Əliəhəd Eyvazovun üzərinə spirt tökülərək yandırılıb. İddiaya görə, bu hərəkət Əliəhəd Eyvazova qarşı sevdiyi qız və onun ailəsi tərəfindən edilib. Oğlanın sevgilisinin ailəsi əvvəlcə onu Bakıdan Bərdəyə çağırtdırıb.

Əliəhəd Eyvazovun anası Sevil Eyvazova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, martın 7-də Bərdə rayon sakini, həkim Natiq Məmmədov Əliəhədə zəng edərək onu Bərdəyə çağırıb. Onunla söhbət edəndən sonra bu hadisə baş verib: "Eşitdim, dedim, oğul, getmə. Dedi, mama, deyib, kişi kimi gəl, söhbət edək. Sözümə baxmadı. Getdi. Natiq onu restorana aparıb, spirtli içki içirdib, sonra da evinə aparıb”.

© Sputnik / Emin AlisahibƏliəhəd Eyvazovun anası Sevil Eyvazova
Bərdəlilər Hiçkoka rəhmət oxudurlar: qız bakılı sevgilisini niyə odladı? - FOTO - Sputnik Azərbaycan, 1920, 09.03.2021
Əliəhəd Eyvazovun anası Sevil Eyvazova

Sevil Eyvazovun iddiasına görə, hadisə zamanı qıza yaxın qohumları da köməklik ediblər. Qızın atası Natiq Məmmədov və qardaşı oğlu Orxan Əliəhədin qollarını tutublar, qız isə onu yandırıb: “İçəri girən kimi Natiq qardaşı oğlu Orxanla girib oğlumun qoluna. Qızı Sevinc də gətirib başından aşağı bir butulka maddə töküb. Sonra Sevinc kibriti çəkib, atıb oğlumun üzərinə. Sevinc anası Mərziyyə ilə giriblər oğlumun qoluna, qoymayıblar özünü söndürsün” .

Bunun ardınca qız balta gətirərək Əliəhədin başını kəsmək istəyib, bunun izləri də qalıb: “Sevinc qolundan çıxıb, Orxan girib qoluna, Sevinc gedib balta götürüb ki, oğlumun başını kəssin. Var yeri, əlinin içi də bütün kəsilib”.

Sevil Eyvazovanın sözlərinə görə, ailə izi azdırmaq üçün oğlunun  üzərində olan əşyalarını da götürüb ki, hadisə oğurluq kimi qiymətləndirilsin və faktı onların törətdiyi bilinməsin: “Cibindən 1500 manatını və telefonunu da götürüblər ki, oğurluq kimi qiymətləndirilsin”.

© Sputnik / Emin AlisahibZərərçəkmiş Əliəhəd Eyvazov
Bərdəlilər Hiçkoka rəhmət oxudurlar: qız bakılı sevgilisini niyə odladı? - FOTO - Sputnik Azərbaycan, 1920, 09.03.2021
Zərərçəkmiş Əliəhəd Eyvazov

Hadisənin səbəbinə gəlincə, oğlan anasının sözlərinə görə, oğlunun münasibətdə olduğu qızı almaması qız tərəfinin narazılığına səbəb olub: 

“Deyirdilər ki, mənim qızımı al. Bir uşağı da var. Mən keçən il Bərdəyə gəldim və anasına dedim ki, mənim oğlumdan əl çəkin. Qızınızı almayacam. Sonra oğlumla qız gizli görüşdülər. Mən oğluma dedim ki, qızla münasibətinə son qoy. Elə hadisə də onun üstündə olub. Qızın atası deyib ki, mənim qızımı almalısan. Almırsansa, gəl, qızın özünə de, sonra get. Bu bəhanə ilə evə aparıb. İçəri girən kimi də yandırıblar”.

Məlumata görə, Əliəhədin 24, Sevincin isə 33 yaşı var.

Baş verən hadisə ilə bağlı qarşı tərəfin də mövqeyini öyrəndik. Qızın atası Natiq Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirdi ki: “Oğlan başqa adamla mənə söz göndərdi ki, sənin qızın mənimlə əxlaqsız hərəkətlər edib. Mən də oğlana zəng vurdum. Dedim ki, ya mən Bakıya gəlim, ya da sən Bərdəyə gəl. Oğlan da özü Bərdəyə gələcəyini dedi və biz görüşdük. Oturduq restoranda, çörək yedik. Və mən ona dedim ki, mənə dediyin sözləri qızımın üzünə de və mənə sübut et. Bu məsələ də bitsin. Oğlan əvvəlcə qızımla üz-üzə gəlməyə razı olmasa da sonradan razılaşdı. Gəldik bizim evə. Qızımın da iştirakı ilə söhbət etməyə başladıq. Qızım onun ünvanına deyilən sözləri eşitdikdə hamısının şər-böhtan olduğunu dedi. Əvvəlcə bıçaqla oğlanı vurmaq istədi. Qızımın əlindən bıçağı çətinliklə almağa nail oldum. Amma bir anda necə oldusa, bilmədim, qızım əlindəki spirti oğlanın üzərinə atıb, ona od vurdu. Biz onu birtəhər söndürdük”.

© Sputnik / Emin AlisahibZərərçəkmiş Əliəhəd Eyvazov
Bərdəlilər Hiçkoka rəhmət oxudurlar: qız bakılı sevgilisini niyə odladı? - FOTO - Sputnik Azərbaycan, 1920, 09.03.2021
Zərərçəkmiş Əliəhəd Eyvazov

Natiq Məmmədov onu da əlavə etdi ki, oğlanla qız heç də internet vasitəsi ilə tanış olmayıblar:

“Əliəhədlə anası qızımın Bakıdakı mağazasında işçi olaraq çalışıblar. Oğlanın anası qızımın mağazasından 2000 manat pul oğurladığından qızım onu işdən qovub. Biz şikayətçi olmadıq və qızım onlardan uzaqlaşmağı üstün tutdu. Amma ana ilə oğul bizdən əl çəkmədilər. Davamlı olaraq bizi şantaj etməklə pul əldə etməyə çalışdılar. Nəticə də bax belə oldu”.

Əliəhədin səhhətinə gəlincə, bu barədə Bərdə rayon Mərkəzi Xəstəxanasının həkim-travmatoloqu Xalid Məmmədov bildirdi ki, xəstə daxil olarkən onun huşu özündə olub.

© Sputnik / Emin AlisahibBərdə rayon Mərkəzi Xəstəxanasının həkim-travmatoloqu  Xalid Məmmədov
Bərdəlilər Hiçkoka rəhmət oxudurlar: qız bakılı sevgilisini niyə odladı? - FOTO - Sputnik Azərbaycan, 1920, 09.03.2021
Bərdə rayon Mərkəzi Xəstəxanasının həkim-travmatoloqu  Xalid Məmmədov

“Ayın 8-də Eyvazov Əliəhəd sifətin, hər iki qulağın, boyunun ön və arxa səthinin, döş qəfəsindən yuxarı ön səthinin, hər iki əlin I, II, III A dərəcəli  texniki alov yanığı ilə daxil olub. Daxil olanda xəstənin vəziyyəti orta ağır halda olub. Huşu özündə olub. Xəstəyə ilk lazımi yardımlar göstərilib. Reanimasion tədbirlər aparılıb. Hal-hazırda xəstənin durumu qənaətbəxşdir”. 

Qeyd edək ki, xəstənin müalicəsini davam etdirmək üçün Respublika Yanıq Mərkəzinə göndərilib. Hazırda faktla bağlı Bərdə rayon Prokrorluğunda araşdırma aparılır.

Xəbər lenti
0