BAKI, 8 mart - Sputnik. Gəncə şəhərində ana və iki azyaşlı övladı dəm qazından boğularaq ölüblər.
Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, hadisə Yeni Gəncə deyilən ərazidə baş verib.
Orada yaşayan 1987-ci il təvəllüdlü Leyla Məmmədova və övladları - 2014-cü il təvəllüdlü Murad Məmmədov və 2015-ci il təvəllüdlü Xədicə Məmmədova hamamda çimərkən dəm qazından zəhərlənərək ölüblər.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi başlanıb.