BAKI, 8 mart - Sputnik. Brüssel polisi şəhərin küçələrində insanlara sataşanların "ipini yığmaq" üçün mülki geyimli xüsusi patrullar ayırıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Belçika paytaxtının burqomistri Filipp Kloz Twitter-də yazıb.
En tant que pouvoir public nous posons un geste fort avec le Ministre de la Justice @VincentVQ,le Parquet & @zpz_polbru pour éradiquer ce phénomène inacceptable.
— Philippe Close (@PhilippeClose) March 7, 2021
Désormais des policiers en civil verbaliseront le harcèlement sur la voie publique directementhttps://t.co/cx7RCMqF2s
"Bundan sonra mülki geyimdə olan polislər küçələrdə sataşmaların qarşısını bilavasitə alacaqlar", - Kloz qeyd edib.
La Derniere Heure nəşrinin yazdığına görə, təşəbbüsü ilk dəfə Lyej şəhərinin polisi irəli sürüb. Orada bu cür halların qarşısını almaq üçün mülki geyimdə olan qadın polis patrulundan istifadə olunur.