Ötən həftə dünyada maraqlı hadisələrlə yadda qaldı. İndoneziyanın şimalında Sinabunq vulkanı oyandı. Nəticədə toz dumanı beş kilometr hündürlüyə qalxıb, ətrafa kül yayılıb. Xoşbəxtlikdən, vulkan püskürməsi zamanı heç kim xəsarət almayıb.
Paris məhkəməsi Fransanın sabiq prezidenti Nikola Sarkozini korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadədə günahkar bilib. Keçmiş prezidentə üç il müddətində cəza verilib, onlardan birini N.Sarkozi həbsxanada keçirəcək.
Dünyanın ötən həftəni necə keçirdiyini planetin müxtəlif guşələrindən toplanmış fotolara baxmaqla xatırlamağı təklif edirik. Aparıcı informasiya agentliklərinin müxbirlərinin yaddaqalan hadisələri, eləcə də emosional anları həkk elədikləri kadrlar - Sputnik Azərbaycan-ın həftəlik fotolentində.