Dövlət orqanı binasından oğurluq olub

© AP Photo / Natacha PisarenkoСилуэт человека, фото из архива
Силуэт человека, фото из архива  - Sputnik Azərbaycan, 1920, 07.03.2021
Abunə olmaq
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupunun rəhbəri Nizam Həmidov oğruların axtarışının davam etdirildiyini bildirib.

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 7 mart — Sputnik. Azərbaycanda dövlət qurumunun binasından oğurluq olub. Hadisə 3 gün öncə Siyəzən rayonunda baş verib.

Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, Siyəzəndə yerləşən Qaz istismar sahəsinin inzibati binasında ödəniş terminalı oğurlanıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupunun rəhbəri Nizam Həmidovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, oğruların axtarışı davam etdirilir. Nəmidov terminalı oğurlayanların tez bir zamanda tapılıb cəzalarını alacaqlarını bildirib.

Xəbər lenti
0