Bakıda külək məktəbin damını uçurub

© Photo : Facebook / Basharet MammadovDam örtüyü
Dam örtüyü - Sputnik Azərbaycan, 1920, 07.03.2021
Abunə olmaq
"İlkin təhlükəsizlik tədbirlərinin təmin olunması ilə yanaşı, hava şəraiti imkan verən kimi dam örtüyünün bərpa işlərinə başlanacaq", - deyə BŞTİ-dən bildirilib.

BAKI, 7 mart — Sputnik. Paytaxtda əsən güclü külək Bakı şəhəri, Suraxanı rayonu, Pərviz İsmayılov adına 278 nömrəli tam orta məktəbin bir korpusunun dam örtüyünü uçurub.

Sputnik Azərbaycan xəbər verir ki, bu bbarədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov məlumat yayıb. 

Məlumata görə, hadisə nəticəsində xəsarət alan yoxdur. Artıq mütəxəssislər hadisə ilə əlaqədar məktəbdə olublar. 

İlkin təhlükəsizlik tədbirləri görülüb. Müvafiq araşdırma və hesablamalardan sonra dam örtüyünün bərpası ilə bağlı müvafiq rəy veriləcək.

"İlkin təhlükəsizlik tədbirlərinin təmin olunması ilə yanaşı, hava şəraiti imkan verən kimi dam örtüyünün bərpa işlərinə başlanacaq", - deyə BŞTİ-dən bildirilib.

Qeyd edək ki, sözügedən məktəb 1987-ci ildə fəaliyyətə başlayıb. Məktəb 2008-ci ildə cari təmir olunub. Hazırda məktəbdə 1 746 şagird təhsil alır.

Xəbər lenti
0