Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

ÜST COVID-19-un nə zaman bitəcəyini açıqladı

© REUTERS / GONZALO FUENTESСитуация в связи с эпидемиологической обстановкой во Франции
Ситуация в связи с эпидемиологической обстановкой во Франции - Sputnik Azərbaycan, 1920, 06.03.2021
Abunə olmaq
ÜST rəsmisi peyvəndlərin qoruyuculuğu haqda da danışıb: "Peyvəndin nə qədər müddət immunitet yaradacağı bəlli deyil".

BAKI, 6 mart — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə direktoru Hans Kluqe COVID-19 pandemiyasının nə zaman bitəcəyinə aydınlıq gətirib. Sputnik Azərbaycan xəbər verir ki, ÜST rəmisi alman mediasına açıqlama verərkən bu sualı cavablandırıb.

O virusun bu il boyu davam edəcəyini proqnozlaşdırır: "Pandemiyanın bu il davam edəcəyini təxmin edirəm. Ancaq 2020-ci ildən fərqli olaraq bu virus haqda daha çox informasiyaya sahib olduğumuz üçün qabaqlayıcı tədbirlər görə bilərik. 2020-ci ildə isə bu mövzu elmi və siyasi rakursdan da qaranlıqda idi".

"Pandemiyanın 2022-ci ilin əvvəllərində bitəcəyini təxmin edirəm", - deyə o əlavə edib.

O bildirib ki, pandemiyanın başa çatması virusun yox olması mənasına gəlməməlidir.

Bundan başqa, ÜST rəsmisi daha sərt karantin qaydalarına ehtiyac olmadığını da diqqətə çatdırıb.

ÜST rəsmisi peyvəndlərin qoruyuculuğu haqda da danışıb: "Peyvəndin nə qədər müddət immunitet yaradacağı bəlli deyil. Bundan başqa, peyvənd virusun başqasına keçməsini önləyəcək deyə bir şey yoxdur".

Xəbər lenti
0