BAKI, 5 mart — Sputnik. III, VI və VII sinif şagirdləri arasında milli qiymətləndirməyə start verilib. Qiymətləndirmə prosesi 5-12 mart tarixlərini əhatə edəcək. Məqsəd ümumi təhsil pilləsində keyfiyyət göstəricilərini müəyyən etməkdir. Sputnik Azərbaycan-a Təhsil Nazirliyindən verilən məlumatda bildirilir ki, 7000-ə yaxın şagirdin iştirakı nəzərdə tutulan milli qiymətləndirmə əyani formada təşkil olunub. Qiymətləndirmə COVID-19 pandemiyasının tələb etdiyi gigiyenik şərtlərə uyğun olaraq ölkənin təsadüfi seçilmiş 20 regionunda keçirilir. Qeyd edək ki, milli qiymətləndirmənin nəticəsi şagirdlərin məktəbdaxili qiymətləndirmə üzrə nəticələrinə təsir göstərmir. Bu qiymətləndirmə tədqiqat xarakteri daşıyır və tədris ili ərzində mütəmadi təşkil olunacaq. Tədqiqatın nəticələri əsasında şagirdlərə dəstək üsulları hazırlanacaq.
Bu gündən bir neçə sinif üzrə milli qiymətləndirməyə başlanılıb
10:29 05.03.2021 (Yenilənib: 23:44 16.11.2021)
© Sputnik / Murad OrujovВозобновление очных занятий в бакинских школах, 1 февраля 2021 года
Abunə olmaq
Qiymətləndirmə COVID-19 pandemiyasının tələb etdiyi gigiyenik şərtlərə uyğun olaraq ölkənin təsadüfi seçilmiş 20 regionunda keçirilir