CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hava ilə bağlı XƏBƏRDARLIQ: qar yağacaq

© Sputnik / Zulfiyya GuluyevaQəbələ qar yağandan sonra
Qəbələ qar yağandan sonra - Sputnik Azərbaycan, 1920, 05.03.2021
Abunə olmaq
Bakı və Abşeronda havanın temperaturu 4-6, rayonlarda isə 5-10 dərəcə enəcək. Bəzi rayonlarda qar yağacaq, yollar buz tutacaq.

BAKI, 5 mart — Sputnik. Milli Hidrometeorologiya Xidməti hava şəraiti ilə bğalı xəbərdarlıq yayıb. 

Sputnik Azərbaycan qurumun məlumatına istinadən bildirir ki, Bakıda və Abşeron yarımadasında martın 6-da cənub-qərb küləyinin əsəcəyi, arabir 15-20 m/s-dək güclənəcəyi, martın 7-də şimal-qərb küləyinin əsəcəyi, 20-25 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək güclənəcəyi gözlənilir. Havanın temperaturu  4-6 dərəcə enəcək.

Azərbaycanın rayonlarında martın 7-si axşamdan 9-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, martın 6-da arabir 18-23 m/s, martın 7-də 25-30 m/s, ayrı-ayrı yerlərdə arabir 32-35 m/s-dək güclənəcək. Havanın temperaturu 5-10 dərəcə enəcək. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.

Xəbər lenti
0