Füzulinin Qaradağlı kəndindən görüntülər - VİDEO

© AR Ministry of DefenceQaradağlı kəndi
Qaradağlı kəndi - Sputnik Azərbaycan, 1920, 04.03.2021
Abunə olmaq
Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Füzuli rayonunun Qaradağlı kəndindən videogörüntülər yayıb.

BAKI, 4 mart — Sputnik. Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Azərbaycan kəndlərinin videogörüntüsünü yaymaqda davam edir. 

Sputnik Azərbaycan xəbər verir ki, bu dəfə Nazirlik Füzuli rayonunun Qaradağlı kəndindən yeni videogörüntülər paylaşıb.

Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.

Qeyd edək ki, kənd Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal edilmişdi.

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Xəbər lenti
0