CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda peyvənd olunacaq müəllimlərin sayı açıqlanıb

© Sputnik / Murad Orujov20 nömrəli məktəbdə tədris prosesi
20 nömrəli məktəbdə tədris prosesi - Sputnik Azərbaycan, 1920, 04.03.2021
Abunə olmaq
"Sağlamlıqlarına həssas yanaşan təhsil işçiləri martın 3-dən başlayan vaksinasiya prosesində fəal iştirak edirlər".

BAKI, 4 mart — Sputnik. Vaksinasiya prosesinə paytaxt üzrə ilkin olaraq yaşı 50 və daha yuxarı olan 20 000 nəfərə yaxın pedaqoji və texniki heyət üzvünün cəlb olunması nəzərdə tutulur.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib. O qeyd edib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən peyvənd məntəqələri kompüter avadanlıqları ilə təchiz olunub və data kart vasitəsilə internetə çıxış təmin edilib:

"Koronavirus pandemiyası şəraitində normal tədris mühitinin davam etdirilməsi üçün pedaqoji və texniki heyətin vaksinasiya prosesində iştirakı zəruridir. Bunu nəzərə alan və sağlamlıqlarına həssas yanaşan təhsil işçiləri martın 3-dən başlayan vaksinasiya prosesində fəal iştirak edirlər".

Xatırladaq ki, bu gün Bakıda yaşı 50-dən yuxarı olan pedoqoji və texniki heyətin vaksinasiya prosesi başlanılıb.

"Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq təşkil edilmiş vaksinasiya prosesi Bakı şəhərində yerləşən ümumi təhsil məktəblərində 10 peyvənd məntəqəsində (Binəqədi rayonunda - 276, Xətai rayonunda - 56, Xəzər rayonunda - 26, Suraxanı rayonunda - 84, Sabunçu rayonunda - 90, Səbail rayonunda - 239, Nərimanov rayonunda - 258, Nəsimi rayonunda - 14, Nizami rayonunda - 129, Yasamal rayonunda - 158 saylı tam orta məktəblər) həyata keçirilir.

Xəbər lenti
0