Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Alimlər COVID-19-la qan qrupunun əlaqəsini sübut etdilər

© © Sputnik / Denis AbramovQan nümunələri, arxiv şəkli
Qan nümunələri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.03.2021
Abunə olmaq
Araşdırma zamanı bəlli olub ki, RBD zülal kompleksi II qan qrupuna sahib insanların respirator hüceyrələrinə yapışmağa daha çox meyllidir.

BAKI, 4 mart - Sputnik. İkinci qan qrupuna malik insanların yeni tip koronavirus infeksiyasına yoluxmaq riski daha yüksəkdir. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Amerika Hematologiya Cəmiyyətinin jurnalı olan Blood Advances yazır.

"Qan qrupu - problemdir, çünki o, irsi keçir, bu səbəbdən də biz onu dəyişə bilmirik. Ancaq biz virusun insanların müxtəlif qan qrupları ilə qarşılıqlı əlaqələrini daha yaxşı anlasaq, o zaman yeni dərmanlar və ya profilaktika metodları tapa bilərik", - tədqiqatın aparıcı müəllifi Şon Stouell hesab edir.

Вакцина CoronaVac компании Sinovac Biotech, фото из архива  - Sputnik Azərbaycan, 1920, 03.03.2021
SƏHİYYƏ
Azərbaycanda da tətbiq olunan "CoronaVac" peyvəndi nə qədər effektlidir?

Tədqiqatda işltirak edən Bostondakı Brigham and Women's xəstəxanasının alimləri aşkarlayıblar ki, SARS-CoV-2 koronavirusu hər bir qan qrupunun qırmızı cisimləri - eritrositlərlə qarşılıqlı təsirdə olur. Mütəxəssislərin məlumatına görə, virus hüceyrələrə yapışmaq üçün RBD zülal kompleksindən istifadə edir, yoluxmanın yüngüllük dərəcəsi isə bu birləşmənin gücündən asılıdır. 

Araşdırma zamanı bəlli olub ki, RBD zülal kompleksi II qan qrupuna sahib insanların respirator hüceyrələrinə yapışmağa daha çox meyllidir.

Buna rəğmən, tədqiqatçılar vurğulayırlar ki, onların araşdırmasının nəticəsi COVID-19-un müxtəlif qan qruplarına sahib insanlarda necə keçməsini proqnozlaşdıra bilməz, çünki xəstəliyin ağırlığına təsir edən amillər çoxdur. 

Xəbər lenti
0