BAKI, 3 mart — Sputnik. "Azərbaycan-Gürcüstan-Türkiyə XİN rəhbərlərinin üçtərəfli görüşü ən qısa zamanda baş tutacaq". Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu gürcüstanlı həmkarı David Zalkaliani ilə keçirdiyi birgə brifinqdə deyib.
O bildirib ki, Türkiyə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi kimi, Gürcüstanın da ərazi bütövlüyünü dəstəkləyir.