BAKI, 3 mart — Sputnik. Azərbaycanın Xalq artisti, teatr və kinoaktyoru Fəxrəddin Manafovun həyat yoldaşı Vahidə Sadıqova vəfat edib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə teleaparıcı Hacı Nuran Hüseynov "instagram" sosial şəbəkəsindəki hesabında bildirib.
Посмотреть эту публикацию в Instagram
O, qeyd edib ki, Vahidə Sadıqova bu gün 65 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib. Qeyd edək ki, mərhum bir müddət öncə xəstəxanaya yerləşdirilmişdi.
Xatırladaq ki, Vahidə xanım uzun illər Azərbaycan Dövlət Televiziyasında diktor işləyib. Fəxrəddin Manafov və Vahidə Sadıqova cütlüyünün övladı olmayıb.