Növbəti 5 il ərzində şəhid ailələri və müharibə əlillərinə 11 min mənzilin verilməsi nəzərdə tutulur. Bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, millət vəkili Jalə Əliyeva Sputnik Azərbaycan-a deyir ki, ümumiyyətlə Azərbaycan dövləti tərəfindən çox sayda sosial layihələr həyata keçirilir:
“Son iki il ərzində Azərbaycan hökuməti tərəfindən sosial sahədə inqilabi addımlar atılıb, dəyişikliklər edilib. Şəhid ailələri və müharibə qaziləri həmişə olduğu kimi bu gün də diqqət mərkəzindədirlər. Onların həyat şəraitinin yaxşılaşdırılması üçün bu istiqamətdə ardıcıl layihələr icra olunur. On bir min ailə üçün mənzillərin tikilməsi də bir daha dövlətin diqqətindən xəbər verir”.
Jalə Əliyevanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz