Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Bayrama doğru bəd xəbər: Koronavirusa yoluxmada yenidən artım

© Sputnik / Murad OrujovBakıda klinikaların birində koronavirus testi
Bakıda klinikaların birində koronavirus testi - Sputnik Azərbaycan, 1920, 02.03.2021
Abunə olmaq
Hazırda 2 807 aktiv xəstə var. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 996, bu günə qədər isə ümumilikdə 2 610 880 test icra olunub

BAKI, 2 mart — Sputnik. Azərbaycanda koronavirus infeksiyasına 352 yeni yoluxma faktı qeydə alınıb, 143 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Sputnik Azərbaycan-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Bildirilib ki, son sutkada 2 nəfər COVID-19-dan vəfat edib. İndiyədək ölkədə ümumilikdə 235 014 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 982 nəfər müalicə olunaraq sağalıb, 3 225 nəfər vəfat edib. Hazırda 2 807 aktiv xəstə var. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 996, bu günə qədər isə ümumilikdə 2 610 880 test icra olunub.

Xəbər lenti
0