FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Əbədi alov və neft diyarı: Suraxanı və Əmircana fotoekskursiya

Abunə olmaq
Bakı hər bir tərəfdən öz unikal tarixi, ənənəsi və arxitektur abidələri ilə tanınan qəsəbələrlə əhatə olunub. Müxtəlif dövrlərdə Bakıətrafında 40-a yaxın belə qəsəbə olub.

Qədim abidələrin rast gəlindiyi Suraxanı və Əmircan qəsəbələri Abşeronda ən maraqlı yerlərdən sayılır. Burada zərdüştlər, hinduistlər və siqhlər tərəfindən ibadətgah kimi istifadə olunan Atəşgah məbədi var. Suraxanı qəsəbəsinin adı toponim kimi iki komponentdən ibarətdir: surax - fars və tat dillərində çala, çuxur, xanı isə mənbə, qaynaq deməkdir.

Suraxanı həmçinin neft ənənələri ilə tanınır - burada 1857-ci ildə iş adamı Vasili Kokorev tərəfindən dünyada ilk Neftayırma Zavodu tikilib.

Əmircan qəsəbəsinin ərazisində Abşeronun ən gözəl məscidlərindən biri - Murtuza Muxtarov məscidi yerləşir. Məscid XX əsrin əvvəllərində Bakı milyonçusu M.Muxtarov tərəfindən inşa edilib.

Bu məsciddən bir az kənarda daha bir memarlıq abidəsi - XIV əsrə aid Nizaməddin məscidi var. Hazırda məsciddə rekonstruksiya işləri aparılır.

Bundan əlavə, qəsəbədə dini məbədlər, onlardan biri Səkinəxanım seyid Saleh qızı Piridir. Burada din xadimlərinin məzarları var. 

Əmircan qəsəbəsində tanınmış azərbaycanlı yazıçı və mütəfəkkir Abbasqulu ağa Bakıxanov doğulub. Onun yaşadığı ev hazırda muzeydir. 

Sputnik Azərbaycan-ın fotolentində Suraxanı və Əmircan qəsəbələrinin bu və digər tarixi abidələrini izləyə bilərsiniz.

© Sputnik / Murad OrujovAtəşgah məbədi.
Atəşgah məbədi - Sputnik Azərbaycan
1/19
Atəşgah məbədi.
© Sputnik / Murad OrujovAtəşgah məbədi.
Atəşgah məbədi - Sputnik Azərbaycan
2/19
Atəşgah məbədi.
© Sputnik / Murad OrujovAtəşgah məbədinin divarında sanskrit dilində yazı.
Əsgi azərbaycan dilində yazı - Sputnik Azərbaycan
3/19
Atəşgah məbədinin divarında sanskrit dilində yazı.
© Sputnik / Murad OrujovƏmircanda Murtuza Muxtarov məscidi.
Murtuza Muxtarov məscidi (Bakı)  - Sputnik Azərbaycan
4/19
Əmircanda Murtuza Muxtarov məscidi.
© Sputnik / Murad OrujovƏmircanda Murtuza Muxtarov məscidi.
Murtuza Muxtarov məscidi (Bakı)  - Sputnik Azərbaycan
5/19
Əmircanda Murtuza Muxtarov məscidi.
© Sputnik / Murad OrujovMəsciddə indiyə qədər Murtuza Muxtarovun məzarı saxlanılır.
Murtuza Muxtarov məscidi (Bakı)  - Sputnik Azərbaycan
6/19
Məsciddə indiyə qədər Murtuza Muxtarovun məzarı saxlanılır.
© Sputnik / Murad OrujovƏmircan qəsəbəsində məscid.
Dini məbəd  - Sputnik Azərbaycan
7/19
Əmircan qəsəbəsində məscid.
© Sputnik / Murad OrujovƏmircan qəsəbəsinə mənzərə.
Əmircanda - Sputnik Azərbaycan
8/19
Əmircan qəsəbəsinə mənzərə.
© Sputnik / Murad OrujovMurtuza Muxtarov məscidi (Qoşaminarəli məscid).
Murtuza Muxtarov məscidi (Bakı)  - Sputnik Azərbaycan
9/19
Murtuza Muxtarov məscidi (Qoşaminarəli məscid).
© Sputnik / Murad OrujovQoşaminarəli məscidinin minarəsindən Əmircana mənzərə.
Əmircan - Sputnik Azərbaycan
10/19
Qoşaminarəli məscidinin minarəsindən Əmircana mənzərə.
© Sputnik / Murad OrujovAbbasqulu ağa Bakıxanovun ev-muzeyi.
Abbasqulu Ağa Bakixanovun ev muzeyi - Sputnik Azərbaycan
11/19
Abbasqulu ağa Bakıxanovun ev-muzeyi.
© Sputnik / Murad OrujovSuraxanı qəsəbəsinə mənzərə.
Suraxanıda - Sputnik Azərbaycan
12/19
Suraxanı qəsəbəsinə mənzərə.
© Sputnik / Murad Orujov1904-1905-ci illərdə tikilən Binyət Əli məscidi.
Dini məbəd - Sputnik Azərbaycan
13/19
1904-1905-ci illərdə tikilən Binyət Əli məscidi.
© Sputnik / Murad OrujovƏmircan qəsəbəsində XIV əsrdə yonulmuş əhəng daşından tikilən Nizamədin məscidi.
Nizaməddin məscidi - Sputnik Azərbaycan
14/19
Əmircan qəsəbəsində XIV əsrdə yonulmuş əhəng daşından tikilən Nizamədin məscidi.
© Sputnik / Murad OrujovSəkinəxanım seyid Saleh qızı Piri.
Səkina xanımın piri - Sputnik Azərbaycan
15/19
Səkinəxanım seyid Saleh qızı Piri.
© Sputnik / Murad OrujovƏmircan qəsəbəsində dini xadimin məzarı.
Məzar - Sputnik Azərbaycan
16/19
Əmircan qəsəbəsində dini xadimin məzarı.
© Sputnik / Murad OrujovQəsəbədə bir çox evlərdə ərəb dilində yazılar qalıb.
Məzar - Sputnik Azərbaycan
17/19
Qəsəbədə bir çox evlərdə ərəb dilində yazılar qalıb.
© Sputnik / Murad OrujovBakının Əmircan qəsəbəsində məhəllə.
Suraxanıda - Sputnik Azərbaycan
18/19
Bakının Əmircan qəsəbəsində məhəllə.
© Sputnik / Murad OrujovƏmircan qəsəbəsində müsəlman məbədi.
Dini məbəd  - Sputnik Azərbaycan
19/19
Əmircan qəsəbəsində müsəlman məbədi.
Xəbər lenti
0