CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Otuz il yanmayan ocaqlar Od çərşənbəsində qalandı - FOTO

© Sputnik / Emin BabayevTərtərin Borsunlu kəndində
Tərtərin Borsunlu kəndində - Sputnik Azərbaycan, 1920, 02.03.2021
Abunə olmaq
Bir vaxtlar təmas xəttinə yaxın yerləşən Borsunlu kəndinin azyaşlısından tutmuş ağsaqqalına kimi hər kəs yüksək əhval-ruhiyyə ilə Novruza hazırlaşır

Emin Babayev, Sputnik Azərbaycan

BAKI, 2 mart — Sputnik. Otuz ilə yaxındır ki, Tərtərin Borsunlu kəndinin sakinləri açıq ərazilərdə bayram tonqalları yandıra bilmirdilər. Səbəbsə bu kəndin təmas xəttinə ən yaxın ərazidə yerləşməsi idi. Kənddə közərti, işıq, tüstü görən kimi Ermənistan silahlı qüvvələri həmin istiqaməti atəşə tuturdu. İndi isə kənd sakinləri istənilən yerdə rahat şəkildə tonqallarını qalayıb, bir-birinə xoş sorağını çatdırmaqdadır. 

“Xoş gündə bir tonqal qalayırsan. Elimizə-obamıza, xoş xəbəri çatdırırsan". Bunu oğuz elinin ozanı Dədə Qorqud deyib. Tarixə nəzər salanda görürük ki, tonqallar hər zaman Azərbaycan xalqının vacib günlərində qalanar, el-obalar bir-birilə soraqlaşardı. Bu gün Tərtərin Borsunlu kəndində həyətlərdə yandırılan ocaqlar təkcə çərşənbə tonqalı yox, həm də qələbə müjdəsidir.

Borsunlu kənd sakini İlqar Orucov deyir ki, son otuz il ərzində bugünkü kimi sərbəst çərşənbə qeyd etməyiblər. Müsahibimizin sözlərinə görə, Vətən müharibəsindən əvvəl ermənilərin dəfələrlə təxribat törətməsi nəticəsində hətta kənd sakinləri arasında yaralananlar da olub.

© Sputnik / Emin BabayevTərtərin Borsunlu kəndində od çərşənbəsinin qeyd edilməsi
Otuz il yanmayan ocaqlar Od çərşənbəsində qalandı - FOTO - Sputnik Azərbaycan, 1920, 02.03.2021
Tərtərin Borsunlu kəndində od çərşənbəsinin qeyd edilməsi
“Tonqal qalayanda erməni hərbçiləri atırdılar. Yaralananlar olurdu. Vətən müharibəsindəki qələbəmizdən sonra çərşənbəmizi ilk dəfədir ki, rahat qeyd edirik. İndi ordumuz torpaqlarımızı azad edib. Tam sərbəst, təhlükəsiz şəkildə ocaqlarımızı yandıra bilirik”. 

Kəndin digər sakini Xaləddin Qarayev də olduqca sevinclidir: "Bir tərəfdən, düşmən üzərində qələbə çalmışıq, digər tərəfdən də ilk dəfədir ki, çərşənbəmizi belə rahat keçirə bilirik.  Gördüyünüz kimi, kənd sakinləri yüksək əhval-ruhiyyədədirlər. İstədiyimiz yerdə tonqal qalaya bilirik. Şən əhval-ruhiyyə ilə Novruz bayramına hazırlaşırıq”. 

Xaləddin Qarayevin sözlərinə görə, kənddə əvvəllər əkin-biçinlə məşğul olmaq, mal-qara otarmaq da mümkünsüz imiş. “Mal-qara otarmaq olmurdu. Elə sahələrimiz var ki, o sahəyə gedib, əkin-biçin apara bilmirdik. Ermənilər bizi snayperlə hədəfləyib, davamlı atəş altında saxlayırdılar. İndi rahat şəkildə mal-qaramızı otarırıq. Əkin-biçinimizi aparırıq. O qədər atəş altında qalmışıq ki, inanın, indi bir səs gələn kimi səksənirik”.

Borsunlu kəndinin ağsaqqallarından olan Vaqif Qədimov müharibə dövründə çox gərgin vəziyyətdə yaşamalarına baxmayaraq, indi o çətin günləri arxada qoyduqlarını söyləyir: “30 il bayramımızı həyəcan içində qeyd etmişik. Tonqalı görən kimi atırdılar. İndi şükür! Ali Baş Komandanımız İlham Əliyevin və ordumuzun sayəsində bütün kəndin əhalisi Novruz bayramını möhtəşəm keçirəcək”.

© Sputnik / Emin Babayev
Tərtərin Borsunlu kəndində od çərşənbəsinin qeyd edilməsi - Sputnik Azərbaycan
1/4
Tərtərin Borsunlu kəndində od çərşənbəsinin qeyd edilməsi
© Sputnik / Emin Babayev
Tərtərin Borsunlu kəndində od çərşənbəsinin qeyd edilməsi - Sputnik Azərbaycan
2/4
Tərtərin Borsunlu kəndində od çərşənbəsinin qeyd edilməsi
© Sputnik / Emin Babayev
Tərtərin Borsunlu kəndində od çərşənbəsinin qeyd edilməsi - Sputnik Azərbaycan
3/4
Tərtərin Borsunlu kəndində od çərşənbəsinin qeyd edilməsi
© Sputnik / Emin Babayev
Tərtərin Borsunlu kəndində od çərşənbəsinin qeyd edilməsi - Sputnik Azərbaycan
4/4
Tərtərin Borsunlu kəndində od çərşənbəsinin qeyd edilməsi
1/4
Tərtərin Borsunlu kəndində od çərşənbəsinin qeyd edilməsi
2/4
Tərtərin Borsunlu kəndində od çərşənbəsinin qeyd edilməsi
3/4
Tərtərin Borsunlu kəndində od çərşənbəsinin qeyd edilməsi
4/4
Tərtərin Borsunlu kəndində od çərşənbəsinin qeyd edilməsi

Novruz adət-ənənələrini sevə-sevə yerinə yetirən, kəndin yaşlı sakini Şəfiqə Qədimova da indi bir başqa əhval-ruhiyyə ilə bayram hazırlığını etməkdədir. Deyir, bütün bölgələrdən qonaqları olacaq. Övladları və nəvələri də gələcəklər: “Ev-eşiyimizi də təmizləyirik. Əvvəllər qorxurduq. Ev işinin birini görəndə o birisi qalırdı. Hər axşam atırdılar. Daimi atəş altında saxlayırdılar bu kəndi... Prezidentimizin, əsgərlərimizin sayəsində çox yaxşı, rahatıq. 44 günlük Vətən müharibəsi yaxşı dərs verdi o faşist ermənilərə. İndi 30 ildən sonra ilk dəfədir ki, bütün ailə üzvlərimiz yanan ocağımızın başına yığılacaq. Bala, bilə bilməzsiniz e... bu günü necə gözləmişik. Əvvəl balalarım qorxa-qorxa gəlirdilər bayramlaşmağa. Narahatlıq, qorxu içində. Yediyimizi mənfur düşmən burnumuzdan gətirirdi. Allah Azərbaycan xalqına bir daha elə ağır günlər nəsib etməsin! Qoy xoş soraqlı tonqallarımız hər zaman yansın”. 

© Sputnik / Emin BabayevTərtərin Borsunlu kəndində od çərşənbəsinin qeyd edilməsi
Otuz il yanmayan ocaqlar Od çərşənbəsində qalandı - FOTO - Sputnik Azərbaycan, 1920, 02.03.2021
Tərtərin Borsunlu kəndində od çərşənbəsinin qeyd edilməsi

Borsunlu kəndinin azyaşlısından tutmuş ağsaqqalına kimi hər kəs yüksək əhval-ruhiyyə ilə Novruza hazırlaşır.  Kəndin yeniyetmələrindən olan Mehrab Hüseynli yaşıdlarının əhval-ruhiyyəsinin tamamilə fərqli olduğunu deyir:

“İndi biz qürurluyuq. Ona görə ki, bizdən böyüklər, yəni gənclər işğalda olan torpaqlarımızı azad etdilər. Qələbə ruhlu bir ölkənin gələcək gənci olmaq böyük şərəfdir. İndi bizim başımız dikdir. Dədə-babalarımızdan bizə miras qalan yurdumuz düşmən əlində deyil. Tək mən yox, bütün kəndin yeniyetmələri bu cür düşünürlər. İndi biz təkcə tonqal qalamaqla bayramı qeyd etmirik, həm də Dədə Qorqud demişkən, qələbə sorağını paylaşırıq”.

Qoy kəndlərimizin, şəhərlərimizin işığı daim yansın. Ocaqlarımız xoş soraqla qalansın. Allah-təala yurdu yağmalanmış, evləri talan edilmiş hər bir soydaşımızın, yurddaşımızın bayramını mübarək etsin! Adı da, özü də, sözü və düzü də Vətən olan yurdumuz, çərşənbən mübarək!

Xəbər lenti
0