İran İsrail gəmisində partlayış törədib – bölgədə əsəblər tarıma çəkildi

© © Tasnim News Agency via APКорабль в Персидском заливе, фото из архива
Корабль в Персидском заливе, фото из архива - Sputnik Azərbaycan, 1920, 01.03.2021
Abunə olmaq
Razılaşma və razılaşma olmadan İranın nüvə silahı əldə etməməsi önəmlidir. Mən bunu ABŞ Prezidenti Co Baydenə də bildirdim.

BAKI, 1 mart — Sputnik. İsrailin Baş naziri Binyamin Netanyahu bəyan edib ki, Oman körfəzində İsrailə məxsus gəminin partladılmasına görə məsuliyyəti İran daşıyır.

"Birincisi, bu, həqiqətən də İranın əməlidir, aydın məsələdir", - deyə Netanyahu bildirib.

RİA Novosti xəbər verir ki, Netanyahu "Kan" teleradio şirkətinə açıqlamasında İranın İsrailin ən böyük düşməni olduğunu deyib:

"Razılaşmanın olub-olmamasından asılı olmayaraq, İranın nüvə silahı əldə etməməsi önəmlidir. Mən bunu ABŞ Prezidenti Co Baydenə də bildirdim".

Qeyd edək ki, İsrail KİV-i cümə günü məlumat yayıb ki, Oman körfəzində olan İsrail gəmisində partlayış baş verib. Partlayış nəticəsində heç kim xəsarət almayıb. Partlayışın hansı səbəbdən baş verdiyi açıqlanmır. Bundan sonra İsrailin müdafiə naziri Beni Qants bəyan edib ki, Omandakı İsrail gəmisinə hücumun arxasında İran dayana bilər.

Xəbər lenti
0