Son sutkanın koronavirus statistikası açıqlandı

© AFP 2021 / INA FASSBENDERТест на коронавирус, фото из архива
Тест на коронавирус, фото из архива - Sputnik Azərbaycan, 1920, 01.03.2021
Xəbərlərə abunə olun
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 205, ötən müddət ərzində isə ümumilikdə 2 602 884 test aparılıb.

BAKI, 1 mart - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 125 yeni yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 234 662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 839 nəfər müalicə olunaraq sağalıb, 3 223 nəfər vəfat edib, aktiv xəstə sayı 2 600 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 205, ötən müddət ərzində isə ümumilikdə 2 602 884 test aparılıb.

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала