Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Rusiya vətəndaşının idarə etdiyi yük avtomobili traktorla toqquşub: Ölən və yaralanan var

© Sputnik / Leyla AbdullayevaTraktor yol-nəqliyyat hadisəsi
Traktor yol-nəqliyyat hadisəsi - Sputnik Azərbaycan, 1920, 01.03.2021
Xəbərlərə abunə olun
Rusiya vətəndaşı Ruslan Maqomedkamiloviç Kairovun idarə etdiyi "Scania-113" markalı yük avtomobili Xızı rayonunun Şuraabad qəsəbə sakini Həsənəli Səfər oğlu Səfərovun idarə etdiyi "Belarus" markalı traktorla toqquşub.

Leyla Abdullayeva, Sputnik Azərbaycan 
BAKI, 1 mart - Sputnik. Xızıda ölümlə nəticələnən yol qəzası olub. Hadisə bu gün səhər saatlarında Bakı- Quba yolunun 64-cü km-də, Xızı rayonundan keçən hissəsində baş verib.

Sputnik Azərbaycan-ın verdiyi məlumata görə Rusiya vətəndaşı, Dağıstan Respublikasının Kayakənd rayon sakini, 32 yaşlı Ruslan Maqomedkamiloviç Kairovun idarə etdiyi "Scania-113" markalı yük avtomobili Bakıdan Quba istiqamətdə gedərkən eyni istiqamətdə olan, Xızı rayonunun Şuraabad qəsəbə sakini, 60 yaşlı Həsənəli Səfər oğlu Səfərovun idarə etdiyi "Belarus" markalı traktorla toqquşub.

Nəticədə Xızı rayon suvarma sistemləri idarəsinün sürücüsü olan Həsənəli Səfərov aldığı xəsarətlərdən yerindəcə ölüb. Traktorda olan sərnişin, Şuraabad qəsəbə sakini, 52 yaşlı Bəhlul Gülməmməd oğlu Həsənov isə xəsarət alıb.

Yaralı dərhal Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına çatdırılıb. Faktla bağlı  Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb.

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала