CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qadın məktəb direktorlarının sayı azdır - SƏBƏB NƏDİR?

© AR Ministry of Education35 nömrəli orta məktəb
35 nömrəli orta məktəb - Sputnik Azərbaycan, 1920, 01.03.2021
Abunə olmaq
Ümumi olaraq isə belə deyə bilərik ki, bölgələrdə qadınlarla müqayisədə kişilər daha çox rəhbər vəzifələrdə çalışırlar.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 1 mart — Sputnik. Cari il üzrə ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinə 623 vakant yer elan olunub.

Azərbaycanda müəllimlər arasında gender balansı pozulduğu halda, direktorlar arasında necə, gender balannsı qorunurmu?

Sorğumuza cavab olaraq Təhsil Nazirliyindən bildirilib ki, ölkədə direktorların ümumi sayı 3615-dir ki, onların da 1329-u qadın, 2286-ı kişidir. Bakı Şəhər Təhsil İdarəsinə tabe olan 308 direktordan 205-i qadın, 103-ü kişidir. Bölgələrdə isə vəziyyət əksinə dəyişir. Belə ki, bölgələrdə rayon təhsil şöbələrinə tabe müəssisələrdə 3 min 211 direktordan 1070-i qadın, 2 141-i kişidir.

Təcili yardım avtomobili  - Sputnik Azərbaycan, 1920, 14.02.2021
HADİSƏ
Məktəb direktoru yeni mənzilində qəflətən vəfat edib

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında cinslər üzrə rayonlar və Bakı üzrə paylaşımda ciddi fərqlərin olmasından danışıb: "Direktorlar arasında gender bərabərliyinin qorunub-qorunmamasına 2 aspektdən yanaşmaq olar. Paytaxtda kişilərlə müqayisədə bu vəzifədə qadınları daha çox gömək mümkündür. Lakin regionlardakı mənzərə fərqlidir. Regionlarda, orta-ümumtəhsil məktəblərində çalışan qadınların sayı çox azdır, demək olar ki, yox dərəcəsindədir. Bunun da səbəbləri regional amillərlə bağlıdır. Bu gün ölkədə 4 min 447 orta-ümumtəhsil müəssisəsi vara, onların da 317-i Bakıdadır, qalanları isə bölgələrin payına düşür. Bölgələr dedikdə, biz Sumqayıt və Abşeronu istisna edirik. Çünki Sumqayıt və Abşeronda da qadın direktorların sayı kişilərlə müqayisədə çoxdur".

"Bakıda direktorların 80 faizini qadın, 20 faizini kişilər təşkil edirsə, bölgələrdə isə bu balans rayonlara görə dəyişir. Məsələn, Neftçalada 20-dən bir qədər artıq məktəb var ki, onlardan 2-3-nün direktoru qadındır. Quba-Qusar, cənub bölgəsində də demək olar ki, eyni mənzərədir. Lakin məcburi köçkünlər üçün ayrılan məktəblərin çoxunun direktoru qadınlardır. Ümumi olaraq isə belə deyə bilərik ki, bölgələrdə qadınlarla müqayisədə kişilər daha çox rəhbər vəzifələrdə çalışırlar. Bu da rayon yeri olmasına görədir, insnalar nəyisə ayıb hesab edirlər. Rayon yerlərində qadınların rəhbər vəzifələrdə çalışmaları bir qədər müsbət qarşılanmaya bilər. Yəni, bu o deməkdir ki, ölkədə kişi direktorların sayı qadınlarla müqayisədə üstünlük təşkil edir", - deyə ekspert əlavə edib.

Xəbər lenti
0