Paşinyan "İskəndər"lə bağlı sözünü geri götürdü

© Sputnik / Yevgeny Biyatov / Mediabanka keçidРакетный комплекс "Искандер-М" (справа) во время демонстрационного показа военной техники на полигоне Алабино, фото из архива
Ракетный комплекс Искандер-М (справа) во время демонстрационного показа военной техники на полигоне Алабино, фото из архива - Sputnik Azərbaycan, 1920, 01.03.2021
Abunə olmaq
Mövcud faktlar və məlumatların müqayisəsi nəticəsində Ermənistan Baş naziri bu qənaətə gəlib ki, cari duruma dair ona yanlış məlumat verilib.

BAKI, 1 mart — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə danışdıqdan sonra bu qənaətə gəlib ki, ona "İskəndər"lərlə bağlı yanlış məlumat verilib. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistanın Baş nazirinin mətbuat katibi Mane Gevorqyan bildirib.

"Ermənistan Baş naziri və Rusiya Federasiyası Prezidenti bu yaxınlarda baş tutan telefon danışığı zamanı digər məsələlərlə yanaşı Ermənistan Baş nazirinin "İskəndər" sisteminin tətbiqi ilə bağlı bəyanatını da müzakirə ediblər", - Gevorqyan deyib.

Agentlik qeyd edir ki, mövcud faktlar və məlumatların müqayisəsi nəticəsində Ermənistan Baş naziri bu qənaətə gəlib ki, cari duruma dair ona yanlış məlumat verilib.

"Bundan əlavə, Baş nazirin bəyanatının hərbi və hərbi-sənaye əməkdaşlığı sahəsində Ermənistan-Rusiya müttəfiqlik əlaqələrinin məzmunu və keyfiyyəti ilə heç bir əlaqəsi yoxdur. Şübhə yoxdur ki, Rusiya silahları dünyanın ən yaxşı silahlarından biridir. Ermənistan Respublikası Rusiya Federasiyası ilə hərbi sənaye və yüksək texnologiyalar sahələrində sıx əməkdaşlığı davam etdirir və onu daha da dərinləşdirmək üçün addımlar atmaq niyyətindədir", - deyə Paşinyanın mətbuat katibi qeyd edib.

Xatırladaq ki, Ermənistan baş naziri Nikol Paşinyan "1in.am" nəşrinə müsahibəsində Qarabağ müharibəsi zamanı "İskəndər" operativ-taktiki kompleksinin partlamayan raketlərindən danışıb.

Bununla da Paşinyan Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın Ermənistan hərbçilərinin müharibənin lap əvvəlində "İskəndər"ləri tətbiq etmək barədə fikirlərinə münasibət bildirib.

"Qoy özünə sual versin ki, niyə "İskəndər"in raketi partlamayıb? Və ya məsələn, niyə 10%-i partlayıb?" - deyən Paşinyan detalları verməyib.

Jurnalistin "belə də olurmu?" dəqiqləşdirici sualını isə Paşinyan belə cavablandırıb: "Bilmirəm. Ola bilər, silah 80-cı illərindir".

Ermənistan Müdafiə Nazirliyi Nikol Paşinyanın "İskəndər" komleksləri barədə fikirlərinə münasibət bildirməkdən imtina edib.

Xəbər lenti
0