Ermənilər Qarabağdan çıxarılan eksponatların sərgisini keçirəcək

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidAzərbaycanın Laçın rayonun Husulu kəndində Ağoğlan məbədi-monastırı
Azərbaycanın Laçın rayonun Husulu kəndində Ağoğlan məbədi-monastırı - Sputnik Azərbaycan, 1920, 01.03.2021
Abunə olmaq
Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, sərgidə Xudavəng, Ağoğlan, Amaras, Gəncəsər və s. Alban monastrlarından çıxarılan qədim əlyazmalar, kitablar və arxiv sənədləri nümayiş olunacaq.

BAKI, 1 mart — Sputnik. Ermənistanın Matenadaran Əlyazmalar İnstitutunda Qarabağdan aparılan eksponatların sərgisi keçiriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, sərgidə Xudavəng, Ağoğlan, Amaras, Gəncəsər və s. Alban monastrlarından çıxarılan qədim əlyazmalar, kitablar və arxiv sənədləri nümayiş olunacaq.

Ümumilikdə, sərgidə 80-dən artıq eksponatın nümayiş edilməsi gözlənilir.

Xəbər lenti
0