BAKI, 1 mart — Sputnik. "Sıfır ayrı-seçkilik Günündə Azərbaycan İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi Konvensiyasına qoşulmasının 25-ci ildönümünü qeyd edir".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov öz "Twitter" hesabında yazıb.
"Multikultural və multietnik cəmiyyət olaraq bərabərliyə və daha yaxşı bir gələcək qurmağa sadiqik", - deyə Bayramov qeyd edib.
On #ZeroDiscriminationDay #Azerbaijan is celebrating 25 years of being party to the Convention on the Elimination of All Forms of Racial Discrimination.
— Jeyhun Bayramov (@bayramov_jeyhun) March 1, 2021
As a multi-cultural and multi-ethnic society we are committed to #equality and building a #betterfuture.