Azərbaycanda yeni doğulan xeyli körpəyə şəhid generalın adı verilib

© pixabay / christianabellaНоворожденный ребенок, фото из архива
Новорожденный ребенок, фото из архива - Sputnik Azərbaycan, 1920, 01.03.2021
Abunə olmaq
Ədliyyə Nazirliyinin xəbərinə görə, ötən il 193, bu il isə ümumilikdə 38 körpəyə general Polad Həşimovun şərəfinə onun adı qoyulub.

BAKI, 1 mart — Sputnik. Son 5 ildə Azərbaycanda 407 yenidoğulan körpəyə Polad adı qoyulub. Sputnik Azərbaycan Ədliyyə Nazirliyinə istinadən xəbərinə görə, ötən il 193 körpəyə Polad adı qoyulub. Cari ildə isə ümumilikdə 38 körpəyə Polad adı qoyulub.

Qeyd edək ki, Azərbaycanda Polad adı ötən ilin iyul hadisələrindən sonra, general-mayor Polad Həşimovun vəfatından sonra məşhurlaşıb. 

P.Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı şəhid olub. O, iyulun 15-də II Fəxri xiyabanda dəfn olunub. 2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə P.Həşimova Azərbaycanın Milli Qəhrəman adı verilib.

Xəbər lenti
0