Minlərlə durna Afrikadan Avropaya illik miqrasiya zamanı bir müddət Hula vadisində məskunlaşırlar.
Yerli əkinçilər öz təsərrüfatlarını qorumaq üçün gündəlik 4-6 min ton qarğıdalı dənləri gətirib səpirlər ki, durnalar həmin təbii qoruğun ərazisindən kənara uçmasınlar.
Alimlərin bildirdiyinə görə, hər yaz mövsümü 400 növdən olan yarım milyard quş yuva qurmaq üçün bu ərazidən ötür.